Mahir Emrelinin məşqlərə qoşulmamasının səbəbi açıqlandı

90 | 2025-10-23 16:00

Almaniyanın "Kayzerslautern" klubunun futbolçusu Mahir Emreli 2-ci Bundesliqanın X turunda "Nürnberq"lə keçiriləcək oyunu da buraxacaq.

Adalet.az yerli mətbuata istinadla xəbər verir ki, bir müddətdir əsas komandadan kənarda qalan hücumçu xəstələndiyi üçün məşqlərdə iştirak etmir.

Bundan başqa, İvan Prtajin və Ci Su Kimin də qarşıdakı turda meydana çıxması sual altındadır. Hər iki futbolçu zədədən sonra bərpa prosesi keçir və hələlik fərdi məşqlərlə kifayətlənir.

Qeyd edək ki, Mahir Emreli "Kayzerslautern"ə cari mövsümün əvvəlində "Nürnberq" klubundan keçib. Azərbaycan millisinin hücumçusu ilə 3 illik müqavilə imzalanıb.

  • Sentyabr:
  • 26

TƏQVİM / ARXİV