adalet.az header logo
  • Bakı -°C

Maduro və arvadı fiziki zorakılığa məruz qalıb

115 | 2026-01-06 17:23
A- A+

Venesuela Prezidenti Nikolas Maduro ABŞ tərəfindən saxlanılaraq Nyu-York şəhərinə aparılıb və məhkəmə qarşısına çıxarılıb. Məlumata görə, Maduro və həyat yoldaşı Cilia Flores onlara qarşı irəli sürülən ittihamları qətiyyətlə rədd ediblər.

Adalet.az xarici KİV-ə istinadən xəbər verir ki, əməliyyat zamanı cütlüyə qarşı fiziki zorakılıq tətbiq edildiyi iddia olunur. Maduronun vəkilləri bildirib ki, qaçırılma zamanı həyata keçirilən sərt müdaxilə nəticəsində Cilia Floresin qabırğaları sınıb, üz nahiyəsində isə xəsarətlər yaranıb.

Hadisə ilə bağlı ABŞ tərəfi hələlik rəsmi açıqlama verməyib. Məsələ beynəlxalq ictimaiyyət arasında ciddi rezonans doğurub.

 

TƏQVİM / ARXİV