adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7

Kəndi dirçəltsə kəndli dirçəldəcək - Mehman Cavadoğlu yazır

MEHMAN CAVADOĞLU
107529 | 2020-07-09 09:20

Ölkə koronavirusməngənəsində sıxıldığı vaxtda bu yandan da susuzluq dərdi onu haqladı. Hər ikihal üçün atalarımızın "elnən gələn bəla toy-bayramdır” adlı hazır sözü də var.Qarabağ dərdinin belə tez unudulması və yaxud arxa plana keçməsi həmin sözünmüstəqim mənada deyildiyinin sübutu olsa da, çox güman ki, vaxtilə onu məcazi mənadasöyləyiblər. Dərdli insanlar bir-birlərinə baxıb təskinlik tapar.

Susuzluq ən dəhşətliepidemiyadan da, pandemiyadan da ağır dərddir. Hələlik, bunun ilk acısını Aranbölgəsinin camaatı çəksə də, araşdırmalar göstərir ki, proses getdikcə yüksələnxətt üzrə hərəkət edərək bütün ölkəyə yayılacaq. Özü də təkcə bizdə yox, bütündünyada. Alimlərin illərdir haray saldığı qlobal istiləşmə artıq yavaş-yavaş özsərt üzünü göstərməyə başlayır. Bunun ilk simptomları nəhəng buzlaqlara yaxınölkələrdə aramsız yağan leysan yağışlarla, böyük fəlakətlərlə müşayət olunandaşqınlarla üzə çıxacaqsa, bizim kimi episentrdən uzaq yerlərin bəlasıquraqlıqla gələcək.

Başbilənlərqlobal istiləşmə haqqında həyəcan təbili çalmağa başlayanda da, adamlar bunaindi günümüzü göy əskiyə bükmüş koronavirus pandemiyası kimi inanmır, adına yüzcür şəbədə qoşurdular. Elə dövlət və hökumət rəsmilərinin bir çoxu da özünü adiadamlardan fərqli aparmırdı. Amerikanıleysan yağışlar cənginə alanda, qasırğalar bir-birini əvəz edə-edə ölkənidağıdanda Donald Trampın alimlərin ünvanına rişxəndlə söylədiyi "bəs deyirdiz planetdə qlobal istilişməgedir” sözləri, yəqin ki, hələ yaddaşlardan silinməz. Alimlər onun buistehzasına təmkinlə yanaşdılar, uzun-uzadı elmi mülahizələrə varmadılar. Demədilərki, istiləşmə elə əvvəl-əvvəl özünü bu cür leysan yağışlar formasında göstərməlidirvə göstərəcək. Sadəcə, çox mədəni şəkildə "qlobal istiləşmə” deyimini "qlobaliqlim dəyişikliyi” ilə əvəz elədilər.

Bu günlərdəRusiyada yaşayan milyardçı yerlimiz Fərhad Əhmədov su probleminin öz doğma vətənindəyaratdığı problemlər və ondan çıxış yolları barədə maraqlı bir statuspaylaşmışdı. Ümumiyyətlə, F. Əhmədov aktiv sosial şəbəkə istifadəçisidir vətez-tez müxtəlif mövzularla bağlı professional şərhlərlə çıxış edir. Qərb cəmiyyətinəbaxmayın, bizim toplum belə şeylərə öyrəşməyib. Biz milyardçıları ekranlarda dimdik dayanıb arada sərt və qəzəblibaxışlarla yan-yörəsinə göz gəzdirən müqəvva kimi görməyə adətkərdə olmuşuq.Onlar rəsmi görəvlərindən doğan məcburiyyət ucbatından istisna hallardadanışır, danışanda da ağızlarından güclə çıxan, sanki kəlbətinlə dartılıbqopardılan rabitəsiz sözlərindən nəsə anlamaq çətin olur. Çünki biz gördüklərimizoliqarx milyardçılardır, nəyi necə əldə etdiklərinin bütün təfərrüatlarını heçözləri də düz-əməlli bilmir və yaxud xatırlamırlar. Amma öz gücü, ağlı, zəhməti,bir sözlə, dişiylə-dırnağıyla milyard qazanan adamlar yuxarıda adını çəkdiyimizhəmyerlimiz kimi həm ünsiyyətcil, həm savadlı, həm də cəmiyyətə açıq olurlar,toplumla qaynayıb-qarışırlar.

Fərhad Əhmədovunöz məqaləsində söylədiyi tezislər konseptual xarakter daşıyır və perspektivəhesablanıb. O demək istəyir ki, ölkənin bu gün üzləşdiyi quraqlıq problemi fərqliproblemdir, onu əvvəlki dövrlərdə olduğu kimi "il quraqlıq keçdi, məhsul omadı”kimi təskinedici sözlərlə yola verib ötüşmək mümkün deyil. Bu davamlı prosesəçevriləsi bir durumdur, onun qarşısını almaq üçün indidən fəaliyyətə keçməklazımdır. Elmi-tədqiqat institutları, müvafiq dövlət orqanları bu yöndəuzunmüddətli proqram hazırlayıb həyata keçirmək üçün işə başlamalıdır.

Amma kəndliniuzunmüddətli proqram-zad kimi məsələlər az maraqlandırır, o, cəmiyyətin gündəlikruzuyla, bugünüylə yaşayan zümrəsinin üzvüdür.Bu günsə su yoxdur, məhsul batır. Yerlərdə həyəcan artıb, açıq etirazlarbaşlayıb. Odur ki, uzunmüddətli proqramlar öz yerində, hazırkı vəziyyətiyumşaltmaq, ondan minimum itkiylə çıxmaq üçün addımlar atılmalıdır. Resurslar hələtam tükənməyib.

Vaxtilə Sovethökuməti kolxozu necə zorla qurmuşdusa, sonradan onu elə zorla da dağıtdılar.Bir əsrdə kəndin təsərrüfat ukladı, bununla yanaşı isə kəndlinin psixologiyasıiki dəfə kəskin dəyişikliyə uğradı. Keçən əsrin əvvəllərində yaşananlar məlum.Bəs həmin əsrin sonlarında nə baş verdi? Kolxozlar bir ilin ərzində dağıdıldı,onun əmlakı pay bölgüsü kimi kolxozçulara paylandı. Tutalım, elə bölgü də ədalətlioldu, prosesə haram qatılmadı. Kiminə bir dana, digərinə, beş-üç qoyun, nəbilim, 20-30 sot, lap elə 1 hektar torpaq düşdü. Adamlar da əlinə düşəni əlavəqazanc bilib tez-tələsik dəyər-dəyməzinə satdı, beş-on günün içində yeyib,üstündən də hələ o vaxtlar qurumayan sərin bulaqların suyundan dürt deyincəiçdi. Bir neçə il kəndlər, tarlalar, fermalar, sözün həqiqi mənasında suyusovulmuş dəyirmana döndü.

Sonra kənd yavaş-yavaş özünə gəlməyə başladı.Sovetdən qalan pulunu nə yollasa qoruyub saxlamağı bacaranlar kənd təsərrüfatıkooperativləri, kiçik fermer təsərrüfatları yaratmağa girişdi, yəni, sovetinaxırına çıxdığı qolçomaqların yerində mahiyyətcə eyni olan fermer sinfiformalaşdı. Buna paralel olaraq bəzi diribaş kəndlilər satmağa macaltapmadıqları 50-60 sotluq yerlərində əkin- biçinlə məşğul olmağa, bağ-bağatsalmağa, beş-on başlıq tövləsində mal-qara saxlamağa başladı. Çobanlarsa öz peşəsinəən sadiq adamlardır, hətta Sovetin dövründə də kolxoz sürüsünün bir hissəsi onlarınşəxsi malı olduğu üçün yaylaq-qışlaq marşrutları heç vaxt fəaliyyətinidondurmamışdı.

Yavaş-yavaş yenitəsərrüfat ukladı, kəndçi vərdişləri formalaşmağa, fermerlər, ortabab kəndlilərzümrəsi yaranmağa başlayırdı ki, şəhərlilərin kəndə səlib yürüşü başladı. Busovet nə sirri-xuda bir quruluş olubsa hər addımbaşı ona istinad etmədən keçinməkolmur. O vaxtlar guya kənddə kadrların çatışmaması (oxu: proletarların öz kəndliqardaşlarına etimad göstərməməsi) səbəbindən "onminçilər”, "otuzminçilər” adlıhərəkatlar yaranmışdı. Yəni, "öz kəndli qardaşlarına yardım eləmək” üçün birdən-birəon min, otuz min şəhərli kəndlərə işləməyə yollanır, bütün vacib vəzifələri məngirləyirdi.Bu dəfəsə şəhər əhli kəndə min-min yox, tək-tək üz tutdu. Onun əsas missiyasıartıq kənddəki lazımsız vəzifələri tutmaq yox, neft kapitalının ağzını əyalətətərəf döndərməkdən ibarət idi. Əvvəl-əvvəl bu kapital şəhərlərə sığışmadığıüçün kəndə daşınırdı. Lakin neft ucuzlaşandan sonra kənd, necə deyərlər, qəfilmazata mindi və əkin-biçin bir anın içində yeni gəlir mənbəyi kimi cəlbedicisahəyə çevrildi.

İri kapitalyarızor, yarıxoş qamarladığı ucsuz-bucaqsız əkin sahələri, meyvə-tərəvəzbağları, mal naxırları, qoyun sürüləriylə birlikdə kəndi öz cənginə keçirdi vəburda adına layiq müasir, dəbdəbəli infrastrukturlar yaratmağa başladı. Beləcə,Kürün, Arazın iqlim dəyişikliyi ucbatından onsuz da, ilbəil azalan suyu yenikanallarla oliqarxların tarlalarına axmağa başladı.

Bir yandan da bubalıqçılıq təsərrüfatları. İndi az qala hər oliqarxın, hər iri çaplı məmurunözünün balıq gölü var. Çayların olan-qalan suyunu da bu göllərə axıdaraq Kürün,Arazın, eləcə də taleyi onların əlində olan Xəzərin dadlı balıqlarının kökünü kəsir,bazarı lehmə iyi verən balıqlarla doldururlar.

Yeni salınanoliqarx tarlaları və bağları nə qədər gözəgəlimli olub göz oxşasa da totalinhisarçılıq heç vaxt və heç bir sahədə inkişafın təməli olmayıb. Xalqın və ölkəningələcəyi kiçik və orta sahibkarlığa bağlıdır, bolluq və firavanlığın açarı onunəlindədir. Odur ki, təzə-təzə dirilməyə başlayan kiçik fermer təsərrüfatlarınınsıradan çıxmasına yol vermək olmaz. Çayların suyu azalıb... problem qəfilhaqlayıb – başa düşdük. Ancaq təbiətin yaratdığı obyektiv problemləri qismən dəolsa aradan qaldırmaq imkanları heç vaxt büsbütün tükənmir. İndi çaylarınazalmış suyunu insaf və ədalətlə bölüşdürməklə, iri və bərbəzəkli kanallaraaxıdılan suyun bir hissəsini quruyub döyənək olmuş kənd arxlarına yönəltməklə vəziyyətinisbətən yumşaltmaq mümkündür. Dünya dağılmayacaq, uzaqbaşı səlahiyyət sahibləriningəlirləri az-maz azalacaq, ancaq əvəzində kasıb da acından ölməyəcək, kənddə təzə-təzəformalaşmağa başlayan təsərrüfat ukladı yenidən dağılmayacaq, son vaxtlar özpeşəsinə doğru geri dönən kəndlinin ümidləri qırılmayacaq, əlləri sallanıbyanına düşməyəcək.

Yuxarıdadediyimiz kimi hazırda biz ilin pis gəlməsindən yaranmış problemlə deyil, əvvəlcədənproqnozlaşdırılmış, hələ bundan sonra nə qədər davam edəcəyini təbiətin özündənbaşqa bir kimsənin bilmədiyi çətin bir durumla üz-üzəyik. Odur ki, vəziyyətdənmaksimum az itkiylə çıxmaq üçün gələcəyə yönəlik dövlət proqramınınhazırlanması və gerçəkləşdirilməsi işini sürətləndirməklə yanaşı adamların gündəlikqayğılarına əncam çəkməyi də unutmaq lazım deyil. Çünki kəndi dirçəltsə, kəndlininözü dirçəldəcək. Haynan gələnlərsə gec-tez huynan da gedəcəklər.

P.S. Bir yandan daiçməli su qıtlığı ciddi problemə çevrilməkdədir.



TƏQVİM / ARXİV