Vallah-billah, nəyə desəniz and içim, qəşəm eləyim ki, ömrümün bu çağında ha çalışıram gəlim XXI əsrə, mümkün olmur, elə qalıram ötən dövrdə, bəzilərinin ironiyasına, yerli-yersiz məsxərəsinə baxmayaraq özümü daxilən toparlayıb, qoşula bilmirəm axına. Düzdü, dildə hamıdan birinciyəm, lakin deyəsən ruhum xəstədi, zahiri parıltısı cəlbedici, bir az açığı, geyim-kecimi avropalı olan insanlara laqeyd, biganə münasibətdən yaxa qurtara bilmərəm. Yol qıraqlarında, keçidlərdə paltar satanlar ucuz, su qiymətinə şalvar, köynək... sırıyırlar bizlərə. Ona baxın, 86 yaşlı birisi ala-bəzək, qırmızı rəngli qolsuz köynək geyinib... 60 yaşlı, nəvəsinin qoluna girən nənənin yaşıl, çəhrayı rəngli şalvarına diqqət eləyin...
Dilimi dinc qoya bilmədim. O gün iki dəfə Kərbəla ziyarətində olan birisini çəkdim sorğu-suala:
-Neçə yaşın var, ay Allahın mömün bəndəsi? Sənə Kərbəlayı deməyəndə minirsən cin atına... Bə bu nə köynəkdi geyinibsən?
-Yaşımı soruşdun? 89-u yola saldım, çatdım 90-na. Köynək? Hə, nə olsun qırmızıdı. Hamı geyir, mən də geyirəm. Su qiymətinədi - 4 manata...
-Onun kürəyinə nə yazılıb?
-Nə bilim?
-Messi.
-O, kimdi?
-Məşhur futbolçu...
Əlini yelləyir, mızıldanır:
-Deyəsən söz başuva qəhətdi, ay müəllim.
Mən səni ağıllı adam kimi tanıyırdım...
Heyf, zənnim səni aldatdı...
Başqa bir tanışım yelli-yell gəlir. Görüşürük. Orta yaşlı, ağ saqqallı, ötən il Həcc ziyarətində olmuş Mir Qasım həqiqətən təqva yolundadır, gecə-gündüz əli göylərdədi, Uca Yaradana zikr edir və dost-tanışı da hidayət etməyə, şər-böhtandan, fitnə-fəsaddan uzaq olmağa, namaz qılıb, oruc tutmağa səsləyir. Səbrinə, təmkininə həsəd aparmalıdı onun.
-Tələsirəm, bağışla-deyir, namazın vaxtına az qalıb.
-Soruşmaq ayıb olmasın, haradan alıbsan bu köynəyi-əlimlə təzə geydiyi, əyninə bir balaca böyük olan köynəyinə toxunuram.
-O tərəflərdə, avtovağzalın qabağında cavan bir oğlan satırdı. Ucuz - 4 manata...
-Bəs sinəni örtən bu "kişi" kimdi?
Diqqət eləyir, gülümsəyir:
-Haradan bilim... Nə abırlı kişiyə oxşayır ey... Vallah heç şəklə baxırıq ki,... Elə ucuzdu deyə, qamaralayırıq.
-İnan mənə, ay Hacı, bu xristianların, elə bizim də peyğəmbərlərimiz İsa Məsihin şəkildi... Gəzdirirsən sinəndə.
Başını yelləyir:
-Nə danışırsan, müəllim, and olsun bizi Yaradana, bilməmişəm.
İstəyir elə yol ağzında köynəyini dartıb əynindən çıxarsın...
...Boylu-buxunlu, yaraşıqlı, bir-biriləri ilə zarafatlaşa-zarafatlaşa gələn üç gənclə qarşılaşıram. Adlarını bilməsəm də tanıyıram onları. Qonşu S.Vurğun adına küçədə yaşayırlar. Sağ olsunlar, məni görərkən ehtiram göstərib, salam verir, keyfimi soruşurlar. Hər üçünün əynində ağ köynək var. Şəkilli köynəklər. Yenə salam-kəlam və mən xoş təbəssümlə onları, əl eləyib yoldan saxlayıram və birinin sinəsinə baxıb, soruşuram:
-Bu kimdi? Nə yaraşıqlı kişidi o.. Təəccüblənirlər və bəlkə mənim avamlığıma, zəmanədən geridə qalmağıma ürəklərində gülürlər. Üçü də birnəfəsə dillənir:
-Tanımırsız onu? Maykl Ceksondu də... Pop Kral... Öldürdülər onu həkimlər.
-Bəs siz necə, Qədir Rüstəmovu tanıyırsız?
Başlarını yelləyirlər. Biri şəhadət barmağını alnına qoyur:
-Görmüşəm Qədiri televizorda. Gözəl meyxanəçidi. Sinədəftərdi, söz altında qalmır.
***
Kişilərlə müqayisədə qadınların - dünya gözəllərinin də geyim-keçimi, demək olar, günbəgün dəyişir. Bir yan baxanda qınağa çəkmək olmaz onları. Gözəl, cazibədar, yolçunu yoldan eyləyən əyin-başları, işıq saçan paltarları olmalıdı axı. Baxışı, duruşu, nazı-qəmzəsi ilə rəngbərəng, dəbə uyğun pal-paltarlar geyməlidi qız-gəlin. Amma bu da əndazəsində. Əxlaqsızlıqdan uzaq, milli mentalitetimizə uyğun.
...Alçaqboylu, tosqun, hər iki əlində dolu torba olan qadın təngənəfəs, nıqqıldaya-nıqqıldaya, çox güman, evinə tərəf irəliləyir. 50-60 yaş sinnində ola, ya olmaya. Ağ rəngli, mil-mil koftasının üstündə başına butulka qaldıran, görənlərə gülə-gülə göz vuran kişi rəsmi.
...Nəvəsinin əlindən tutub gedən yaşlı bir qadının köynəyinin sinəsində isə yazılıb: "Mən idmanı seçdim".
Zəmanənin üzü yansın-düşüncəsi ilə qol-boyun olmağım keyfimə soğan doğramışdır. Çarə nədi? Mən keçmişimin adamıyam. Bu gün avropalaşırıq. Və hər sahəyə təsir göstərən, xüsusən yaşlıların birmənalı qəbul eləyə bilmədiyi gerçəkliyi mənciyəz, nə gizlədim, həzm eləməkdə çətinlik çəkirəm.
Öz-özümə ahu-zar eləyirdim ki, birdən, necə deyim, qara qızın bəxti açıldı.
Əhə, budu, cavan hündürboylu bir qadın yaxınlaşır mən duran yerə. Hə, nəhayət, axtardığım yar idi, yetirdi pərvərdigar... Topuğuna kimi kofta-tuman geyib, AĞ KƏLƏĞAYINI atmaca atıb. Buna baxın, əsl su sonası. Qıraqları çəhrayı butalı örtük onun ağ əndamını daha da gözəlləşdirir. Üzümə üz bağlayıb onu youndan eləyirəm:
-Qızım, nə gözəl kələğayın var... De görüm sən niyə o biriləri təki təzə dəblə geyinib-keçinmirsən?
Çöhrəsinə ilıq təbəssüm qonur:
-Qorxuram, əmi.
-Kimnən? Ərindən?
-Yox, o, heç marağında döyül mənim paltarımın... Nənəmnən qorxuram... Gözümü çıxardar. 103 yaşı var arvadın. Kələğayı onundu, qışqırır üstümə: mən ölənəcən ört başuva... Bəs neyləyim? Ağ olum üzünə?.. Pensiya kartı da məndədi.. Şaqqanaq çəkir.
Tay yetər. Cavanlara söz deməyin məqamı deyil. Sağ olsun qızlar ki, nisbətən uzun darbalaq geyiblər. Oğlanlar da demə görmədim- İsa Məsih şəklində. Başlarını daz qırxdırıblar, qara saqqal buraxıblar.
Mən nostalji mərəzinə mübtəla olub, geyim-keçimdə avropalaşmaq gerçəkliyini önə çəkməyə cəhd elədim. Və burda təxminən bir saatlıq yolüstü reportajıma nöqtə qoyuram. Bəsdi, kifayətdi. İndi bəs hara gedim? Ora- arxivə? Yox, tezdi hələ!