Kalın Suriyada Əl Şaraa ilə görüşüb

85 | 2025-09-18 09:26

Türkiyə Milli İstihbarat Təşkilatının (MİT) direktoru İbrahim Kalın danışıqlar apardığı Suriyanın paytaxtı Dəməşqdə bu ölkənin keçid hökumətinin başçısı Əhməd Əl Şaraa ilə görüşüb.

Adalet.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, görüş zamanı ikitərəfli və regional təhlükəsizlik məsələləri müzakirə olunub.

Bildirilib ki, Kalın görüş zamanı Suriyanın ərazi bütövlüyünün vacibliyini vurğulayıb.

TƏQVİM / ARXİV