İsrail Qəzza sakinlərinin təxliyəsi üçün əlavə dəhliz açıb

98 | 2025-09-17 15:08

İsrail Müdafiə Qüvvələri (IDF) fələstinlilərin Qəzza şəhərini tərk edə bilməsi üçün 48 saat müddətinə əlavə təhlükəsiz dəhlizin açıldığını bəyan edib. 

Adalet.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi IDF-in mətbuat xidmətinə istinadən bildirib.

Nəşr qeyd edib ki, dəhliz HƏMAS-a qarşı əməliyyat dövründə mülki əhalinin şəhərdən təxliyəsi ilə bağlı səylər çərçivəsində açılıb. 

Xatırladaq ki, avqustun 20-də İsrail ordusu Qəzza şəhərinə hücuma başlayıb.

TƏQVİM / ARXİV