İsrail "Hizbullah"la münasibətləri nizamlamağa hazırdır -  Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
528 | 2024-06-20 09:37

İsrail iki şərtlə- atəşin tamamilə dayandırılması və iranyönümlü qruplaşmanı Litani çayına qədər geri çəkdiyi halda "Hizbullah" qruplaşması ilə vəziyyəti normallaşdırmağa hazır ola bilər. Bu barədə İsrail hökumətinin baş nazirinin məsləhətçisi Dmitri Qendelman bəyan edib: "Əks təqdirdə TSAXAL Livanda "Hizbullah"ın yerləşdiyi ərazilərdə yerüstü hərbi əməliyyatlara başlayacaq".

  İsrail bu məsələdə son vaxtlar bu ərazilərdə deeskalasiyaya qoşulan vasitəçilərin, Fransa və ABŞ-ın köməyinə ümid edir. Bildirilir ki, Vaşinqton hətta mühatibınin dayandırılması məqsədiylə özünün ştatda olan xüsusi nümayəndəsini də Yaxın Şərqə göndərib.

 Hazırda İsrsil və İranın dəstəklədiyi "Hizbullah" qruplaşması arasında davam edən münaqişə, regional müharibənin başlaması riskini artırır.  Ona görə də, tərəflər irimiqyaslı döyüşlərin qarşısının alınması üçün variantlar axtarırlar. 

 "Biz istəyirik ki, beynəlxalq vasitəçilər nəsə bir iş görə bilsinlər. Əgər "Hizbullah" bizim şərtlərimizlə razılaşmasalar və hərbi qruplaşmalarını Litani çayına tərəf çıxarmasalar, biz vətəndaşlarımızın doğma yurd-yuvalarına qayıtması və onların təhlükəsizliklərini təmin etmək məqsədiylə hərbi güc tədbiq etmək məcburiyyətində qalacağıq"- deyə İsrail baş nazirinin məsləhətçisi bildirib. 

 Ümumiyyətlə, bu beynəlxalq qurumların, beynəlxalq vasitəçilərin, xüsusiylə də, Fransa və ABŞ-dan olan vasitəçilərin dünyanın hər hansı bir regionunda yaşanan münaqişələrin həll olunmasında  hansısa  nailiyyət əldə etdiklərinin kimsə şahidi olmayıb. Çünki, vasitəçi tərəf tutmamalıdır, vəziyyətə diqqət və ədalətlə yanaşmalıdır. Heç kimə sirr deyil ki, Fransa və ABŞ açıq şəkildə İsrailin tərəfindədirlər, fasiləsiz olaraq Tel-Əvivi silah və sursatla təmin edirlər  və  heç özləri də bunu gizlətmirlər. Bir tərəfdən "sülh" deyirlər, digər tərəfdən isə tərəflərdən birini silah-sursatla təmin edirlər. Ona görə də, digər tərəf bu "vasitəçilərin" səmimiliyinə inanmır.

 "Hizbullah" qruplaşması da, İsrailin şərtlərinin əksinə, öz şərtlərini irəli sürürlər. "Hizbullahın" şiə qanadının parlament fraksiyası rəhbərinin müavini Həsən Fədalla bəyan edib ki, münaqişədə kompomis yalnız Fələstin anklavında atəşin dayandırılmasından sonra əldə oluna bilər.

  Fransa bu məsələdə də liderliyi ələ almaq istəyir. İyunun 13-də keçirilən G7 sammitində Emanuel Makron bəyan edib ki, Fransa ABŞ-la birlikdə, İsrail-Livan sərhədlərində deeskolasiya yaratmaq üçün üçtərəfli formatda danışıqlara başlamaq istəyir. Adama deyərlər ki, eviyin içində aylardı davam edən vətəndaş qarşıdurmasını yatırmaq bacarığın yoxdur, hələ utanmadan özünü vacib bir persona kimi ortalığa atmısan?

  İkincisi də, İsrai Parisin Yəhudi dövlətinə qarşı düşmən mövqeyi tutmasına görə, Fransanın bu məsələyə qarışmasının əleyhinədir və Makronun təklifini rədd etdiyini bəyan edib.

 ABŞ - ın isə məqdədi aydındır. Ekspertlər hesab edirlər ki, ABŞ-keçiriləcək prezident seçkiləri ərəfəsində Yaxın Şərqdə böyük müharibənin başlamasını istəmir. Ona görə də, ən azından o vaxtadək vəziyyətin gərginləşməsində maraqlı deyil...


 

TƏQVİM / ARXİV