adalet.az header logo
  • Bakı -°C

İranın böyük və tarix yazan xalqı bunu yaxşı bilir - Qalibaf

123 | 2026-05-31 15:19
A- A+

Müharibənin yeni mərhələsində düşmən iqtisadi təzyiqlər və media kampaniyaları vasitəsilə İran daxilində parçalanma yaratmağa, milli birliyi sarsıtmağa çalışır ki, hərbi məğlubiyyətini kompensasiya etsin və bizi təslim olmağa məcbur etsin. Nə boş bir xəyal!

Adalet.az xəbər verir ki, bunu İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf deyib.

“İranın böyük və tarix yazan xalqı bu gün çox həssas və tarixi bir dönəmdə dayandığını yaxşı bilir. Bu gün göstərilən mövqe elə bir mövqedir ki, gələcək nəsillər ona qibtə ilə baxacaqlar.

Onlar İranı və islamı məhv etmək əzmində olan qaniçən düşmənə qarşı müqavimət göstərirlər ki, gələcəyin iranlıları öz ata və anaları ilə fəxr edə bilsinlər.

Bu müharibədə qələbənin ən mühüm amili həmrəylik və birlikdir. Düşmənin geri çəkilməsinə səbəb olan əsas amillərdən biri döyüşçülərin hərbi gücü ilə yanaşı, xalqın möhkəm iradəsi və amansız düşmən qarşısında nümayiş etdirdiyi birlik olub. Bu qələbənin sirri qorunub saxlanmalıdır”, - o bildirib.

TƏQVİM / ARXİV