adalet.az header logo
  • Bakı -°C

Bakıda ilk dəfə Azərbaycan-ABŞ İqtisadi Dialoqu keçiriləcək

121 | 2026-05-31 14:48
A- A+

Bakı Enerji Həftəsi çərçivəsində iyunun 2-də Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi və ABŞ Dövlət Departamentinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq haqqında Xartiyaya uyğun olaraq ilk Azərbaycan-ABŞ İqtisadi Dialoqu keçiriləcək.

Bu barədə Adalet.az-a Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Tədbir çərçivəsində regional bağlantılar, ticarət, sənaye, investisiyalar, enerji təhlükəsizliyi, tranzit, süni intellekt və rəqəmsal infrastruktur məsələlərinə dair əməkdaşlıq perspektivləri müzakirə olunacaq.

Hər iki ölkənin biznes dairələrinin iştirakı ilə xüsusi sessiyaların təşkili, əməkdaşlığa dair bir sıra sənədlərin imzalanması nəzərdə tutulur.

TƏQVİM / ARXİV