adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

İçib lülüş olurduq, elə bilirdik azad və xoşbəxtik! - Aqşin Yenisey yazır

AQŞİN YENİSEY
1519 | 2023-12-18 12:27

Gələk Avropaya. Bizim gerizəkalılar Avropanın bəzi ölkələrində marixuananın leqal satışını da insan azadlığına dövlətin töhfəsi kimi yozur.

Xoşbəxtlik hormonları ifrazının süni vasitələrlə şiddətləndirilməsi ta Roma imperiyasının “çörək və tamaşa” adlı sosial strategiyasından məlumdur.

Vaxtilə Avropada işçi sinfinə seçki hüququ verib onda hakimiyyətdə təmsil olduğu illuziyasını yaradan kapitalistlər bu gün həmin işçi sinfinə marixuana verib onda xoşbəxt olduğu illuziyasını yaradırlar.

ABŞ-da hər üç vətəndaşdan birinin cibində mütəmadi istifadə etdiyi narkotik tərkibli “xoşbəxtlik həbləri” var.

Çünki Qərbdə artıq insanları xoşbəxt edəcək mənəvi ideyalar, fəlsəfələr yoxdur, motivasiya kitabları var. Bazarla ayaqlaşmaq üçün heç işçi sinfinə imkan da verməzlər ali dəyərlər yaradıb zövq alsınlar.

Bunu 1827-ci ildə Engels, 1934-cü ildə Husserl, 1960-70-ci illərdə Vil Durant deyirdi ki, insanlara boş vaxt verin ali dəyərlər yaradlb zövq almaq üçün.

Kapitalistlər Avropada ucuz və kəsə yola izin verdilər: çək nəşəni qoy tüstüsü dağlarə yayılsın.

Eyni ”azadlığı” sovet vaxtı ruslar da bizə vermişdilər: bizdə süni xoşbəxtlik illuziyası yaradan marixuana deyil, vodka idi. İçib lülüş olurduq, elə bilirdik azad və xoşbəxtik!

TƏQVİM / ARXİV