Heç bir zavodda partlayış baş verməyib - RƏSMİ

125 | 2025-06-26 23:40

2025-ci il 26 iyun tarixində bəzi internet xəbər saytlarında Bakı şəhərində axşam saatlarında Müdafiə Sənayesi Nazirliyinin zavodunda partlayışın baş verməsi haqda yayılan məlumat həqiqətə uyğun deyil.

Bu barədə Bakıvaxtı.az-a Müdafiə Sənayesi Nazirliyindən bildirilib.

Qeyd edilib ki, MSN-in tabeliyində olan heç bir zavodda partlayış baş verməyib.

"Kütləvi informasiya vasitələrindən xahiş olunur ki, Mətbuat xidməti ilə dəqiqləşdirmədən MSN ilə bağlı əsası olmayan belə məlumatların yayımlanmasında diqqətli olsunlar", - məlumatda qeyd edilib. 

TƏQVİM / ARXİV