Azərbaycanın yunan-Roma güləşçisi Elmir Çərkəzov Bakıda təşkil olunan U-17 dünya çempionatında bürünc medal qazanıb.
Adalet.az xəbər verir ki, 60 kiloqram çəki dərəcəsində çıxış edən idmançı üçüncü yer uğrunda görüşdə rəqibinə qalib gəlib.
Bununla da yunan-Roma güləşi üzrə Azərbaycan millisi yarışı 6 medalla başa vurub. Daha əvvəl İsfahan Həsənov (80 kiloqram), Əli Cavadlı (45 kiloqram) və Abdurrahman Hüseynli (51 kiloqram) gümüş, Ömər Salmanov (48 kiloqram) və Orxan Həbibli (65 kiloqram) isə bürünc mükafata sahib çıxıblar.
Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən mundialda 60-dan çox ölkədən 700-dək yeniyetmə güləşçi iştirak edir. Azərbaycanı turnirdə 29 idmançı təmsil edir.
18:41
Azərbaycanın yunan-Roma güləşçisi Abdurrahman Hüseynli Bakıda təşkil olunan U-17 dünya çempionatında gümüş medal qazanıb.
Adalet.az xəbər verir ki, 51 kiloqram çəki dərəcəsində çıxış edən idmançı finalda özbəkistanlı Bunyod Hasanova uduzub.
Bu gün, həmçinin Elmir Çərkəzov (60 kiloqram) bürünc mükafat uğrunda mübarizə aparacaq.
Günün ilk yarısında mübarizəyə qoşulan Azərbaycanın 4 qız güləşçisi ilk görüşlərində, Zöhrab Səfərov (92 kiloqram) isə təsəlliverici qarşılaşmada uduzaraq turnirlə vidalaşıblar.
Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən mundialda 60-dan çox ölkədən 700-dək yeniyetmə güləşçi iştirak edir. Azərbaycanı turnirdə 29 idmançı təmsil edir. Daha əvvəl yunan-Roma güləşçilərindən İsfahan Həsənov (80 kiloqram), Əli Cavadlı (45 kiloqram) gümüş, Ömər Salmanov (48 kiloqram) və Orxan Həbibli (65 kiloqram) isə bürünc medal qazanıblar.
18:20
Azərbaycanın yunan-Roma güləşçisi Əli Cavadlı Bakıda təşkil olunan U-17 dünya çempionatında gümüş medal qazanıb.
Adalet.az xəbər verir ki, 45 kiloqram çəki dərəcəsində çıxış edən idmançı həlledici matçda ABŞ-dən olan Raylen Vaksa məğlub olaraq fəxri kürsünün ikinci pilləsinə qalxıb.
Bu gün, həmçinin Abdurrahman Hüseynli (51 kiloqram) qızıl, Elmir Çərkəzov (60 kiloqram) bürünc mükafat uğrunda mübarizə aparacaqlar.
Günün ilk yarısında mübarizəyə qoşulan Azərbaycanın dörd qız güləşçisi ilk görüşlərində, Zöhrab Səfərov (92 kiloqram) isə təsəlliverici qarşılaşmada uduzaraq turnirlə vidalaşıb.
Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən mundialda 60-dan çox ölkədən 700-dək yeniyetmə güləşçi iştirak edir. Azərbaycanı turnirdə 29 idmançı təmsil edir. Ötən gün yunan-Roma güləşçilərindən İsfahan Həsənov (80 kiloqram) gümüş, Ömər Salmanov (48 kiloqram) və Orxan Həbibli (65 kiloqram) bürünc medal qazanıblar.


Bakı -°C
