adalet.az header logo
  • Bakı -°C

Fəridə Lütfəliyeva UEFA-dan təyinat aldı

81 | 2026-04-01 16:37
A- A+

FIFA referisi Fəridə Lütfəliyeva UEFA-dan növbəti təyinat alıb.

Adalet.az xəbər verir ki, 19 yaşadək qadınlar arasında Avropa çempionatının seçmə mərhələsinin II raundunun 3 oyununda fəaliyyət göstərəcək.

F.Lütfəliyeva B qrupunun aprelin 12-də Kosovo – Moldova, 18-də Moldova – Litva matçlarının baş hakimi, aprelin 15-də Kosovo – Litva görüşünün ehtiyat hakimi olacaq. Digər referimiz Gülnurə Əkbərzadə isə hər üç qarşılaşmada baş hakimin köməkçisi funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, oyunlar Litvanın Kaunas şəhərində keçiriləcək.

TƏQVİM / ARXİV