adalet.az header logo
  • Bakı -°C

Əziz Əliyevin 130 illiyi qeyd ediləcək - Sərəncam

141 | 2026-08-20 18:19
A- A+

Azərbaycanın tanınmış dövlət və elm xadimi Əziz Əliyevin 130 illiyi qeyd ediləcək.

Adalet.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, Səhiyyə Nazirliyi Elm və Təhsil Nazirliyi və Xarici İşlər Nazirliyi ilə birlikdə Əziz Əliyevin 130 illiyinə dair tədbirlər planı hazırlayıb həyata keçirməli, Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Qeyd edək ki, səhiyyə təşkilatçısı, tibb elmləri doktoru, professor Əziz Məmmədkərim oğlu Əliyevin anadan olmasının 130 illiyi 2027-ci ilin yanvarında tamam olur.

TƏQVİM / ARXİV