İranın dövlət mediası İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandirlərindən biri olan general Nurəli Şuştarinin oğlu Fərəcullah Şuştarinin ölümü barədə məlumat yayıb. Hadisə Məşhəd şəhərində baş verib.
Adalet.az xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.
SEPAH-a yaxın olan "Tasnim News" Fərəcullah Şuştarinin etirazçılar tərəfindən öldürüldüyünü yazıb.
"Tasnim" birbaşa məsuliyyəti etirazçıların üzərinə qoysa da, ölümün təfərrüatı və səbəbi açıqlanmır.
Qeyd olunur ki, Fərəcullah Şuştari əvvəllər Semnan əyalətinin siyasi və təhlükəsizlik məsələləri üzrə qubernator müavini vəzifəsində çalışıb.


Bakı -°C
