"Yerevan KTMT-də statusununa aydınlıq gətirməlidir"
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi İmanqali Tasmaqabetov bəyan edib ki, KTMT-ı Ermənistan qarşısında götürdüyü öhtəlikləri saxlayır və ümid edir ki, Yerevan rəsmi surətdə təşkilatda statusuna aydınlıq gətirməlidir.
"Hesab edirəm ki, Ermənistanın siyasi rəhbərliyi vəziyyətə aydınlıq gətirməlidir və rəsmi qərar qəbul etməlidir- təşkilatın tərkibində qalırlar, ya yox?"- deyə Tasmaqambetov bildirib.
Baş katibin sözlərinə görə, Ermənistan tərəfdaşımız kimi qala bilər, təşkilatda qalıb-qalmamaq isə ölkənin suveren hüququdur.
Daha əvvəl məlum olub ki, Ermınistanın xarici işlər naziri Ararat Mirzoyan KTMT-yə daxil olan ölkələrin xarici işlər nazirlərinin yığıncağında iştirak etməkdən imtina edib.
İyunun 12-də isə, Ermənistanın baş naziri Nikol Paşinyan KTMT-dən çıxa biləcəklərinin mümkün ola biləcəyini bəyan edib.