İlin sonuna qədər zəlzələ bölgəsində inşa ediləcək evlərin sayı 453 minə çatacaq.
Adalet.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Kızılay"ın 105-ci toplantısında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu günə qədər artıq 201 min evin açarları sahiblərinə təqdim olunub:
"İlin sonuna qədər 252 min əlavə ev və iş yeri ilə bu rəqəmi 453 minə çatdıracağıq".
R.T.Ərdoğan zəlzələ bölgəsindəki şəhərlərin əvvəlkindən daha güclü, müasir və zəlzələyə davamlı edəcəklərini ifadə edib.