adalet.az header logo
  • Bakı -°C

Əməkdar müəllim vəfat etdi

168 | 2026-01-06 20:41
A- A+

Uzun illər akademik Zərifə Əliyeva adına Bərdə şəhər texniki fənlər təmayüllü liseydə fəaliyyət göstərmiş, son dövrlərdə isə fəaliyyətini N.Gəncəvi adına 2 nömrəli beynəlmiləl tam orta məktəbdə davam etdirən Əməkdar müəllim Püstə Tahir qızı Mehdiyeva dünyasını dəyişib.

Adalet.az xəbər verir ki, bu barədə Bərdə şəhər Nizami Gəncəvi adına 2 nömrəli beynəlmiləl tam orta məktəbi məlumat yayıb.

Onun ölüm səbəbi açıqlanmayıb.

TƏQVİM / ARXİV