Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyində yeni təyinat olub.
Adalet.az xəbər verir ki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzlinin əmri ilə Elmar Allahverdiyev Agentliyin Bitki sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdiri - respublikanın baş dövlət fitosanitar müfəttişi təyin edilib.
Qeyd edək ki, E.Allahverdiyev aqrar elmlər üzrə fəlsəfə doktorudur. Milli tərəvəz, kartof sortlarının, onların genbankının yaradılması, müasir aqrotexnologiyaların tətbiqi üzrə bir sıra işlərin həyata keçirilməsinə rəhbərlik edib.
O, əmək fəaliyyətinə 2011-ci ildə başlayıb. Kənd Təsərrüfatı Nazirliyinin Elmi-Tədqiqat Tərəvəzçilik İnstitutunda mexanik, böyük laborant, təsərrüfat işləri üzrə qrup rəhbəri, təsərrüfat işləri və istehsalat üzrə direktor müavini vəzifələrində çalışıb.
E.Allahverdiyev 2018-ci ildən İnstitutun İdarə heyətinin sədri vəzifəsində çalışıb. İnstitutda müasir laboratoriya, seleksiya və toxumçuluq sisteminin yaradılmasına rəhbərlik edib.


Bakı -°C
