Efiri tərk edən müğənni səbəbin açıqlamadı

76 | 2025-07-03 12:34

Rahidə Baxışova  qonaq olduğu efiri tərk edib.

Adalet.az bildirir ki, müğənni işi olduğu üçün efiri tərk etdiyini söyləsə də, məlum olub ki,  R.Baxışova həmkarı Z.Günəşlə eyni proqramda qonaq olmaq istəməyib.

O, “Bir dəqiqə dayanın. Yalçın, məni üzrlü hesab et. Mən getməliyəm, işlərim var” deyib efirdən çıxarkən, aparıcı ona “tamaşaçılara açıqlama verib gedin”, söyləyib. Lakin müğənni bu açıqlamanı aparıcıya həvale edib:

R.Baxişova “Ehtiyac yoxdur, Yalçın. Özün tamaşaçılara açıqlama verərəsən” deyərək efiri tərk edib.

Verilişin  aparıcı Yalçın Uğur isə Rahidə Baxışovanın şəxsi işi olduğu üçün efiri tərk etdiyini söyləyib.

ƏNTİQƏ

TƏQVİM / ARXİV