adalet.az header logo
  • Bakı -°C

“Ermənistanda seçki kampaniyasında nifrət və qütbləşmə dərinləşir”

126 | 2026-05-22 15:28
A- A+

“Ermənistanda seçki kampaniyası namizədlər arasında nifrət və qütbləşmə şəraitində davam edir. Qarabağdan köçən revanşist ermənilər və onlara rəhbərlik edən R.Köçəryan seçki kampaniyasını erməni cəmiyyətində ayrı-seçkilik və qarşıdurma üzərində qurur. N. Paşinyanın görüşlərində Qarabağdan köçən və revanşist mövqedə olan bəzi ermənilər ona etiraz edir, beş min hərbçinin ölümünə görə onu ittiham edirlər”.

Adalet.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

O, bildirib ki, bu məsələ erməni cəmiyyətində həssas mövzu olaraq qalır və Nikol Paşinyanın reytinqinə ciddi təsir göstərir:

“N.Paşinyan bunu bildiyi üçün açıq şəkildə Qarabağ ermənilərinin siyasi elitasının Ermənistan üçün problem yaratdığını bəyan edir və onların kökünü kəsəcəyini elan edir. Bununla Ermənistan cəmiyyətinə mesaj verir ki, əsas təhlükə Qarabağdan köçən revanşist siyasi qruplar və onların başında duran R.Köçəryandır. Artıq Ermənistanda Qarabağ erməniləri ilə Ermənistan erməniləri arasında siyasi və ictimai uçurum daha da dərinləşir”.

Politoloqun sözlərinə görə, bu qarşıdurmanın əsas səbəbkarları kimi R.Köçəryan, S.Sarkisyan və S.Karapetyandır:

“Paşinyan Ermənistan vətəndaşlarını Qarabağ ermənilərinin revanşist siyasi elitasına qarşı mübarizəyə çağırır. O bildirir ki, həmin qüvvələr Ermənistanı Azərbaycanla yeni müharibəyə sürükləməyə çalışır. Paşinyanın bu fikirlərində müəyyən həqiqət payı var. Belə ki, R.Köçəryan və S.Karapetyan açıq şəkildə Qarabağ məsələsini yenidən gündəmə gətirir və sülh mətnini qəbul etmədiklərini bəyan edirlər. Bu isə Azərbaycanla yeni gərginlik və müharibə riskini artırır. N.Paşinyanın Qarabağdan köçən revanşist ermənilərə və onlardan siyasi alət kimi istifadə edən qüvvələrə qarşı ciddi ölçü götürəcək. O, seçkilərdən sonra revanşist düşərgəyə qarşı daha sərt addımlar atacaq və R. Koçaryan başda olmaqla çoxlarıni həbsə atacaq”.

Vasif ƏLİHÜSEYN

  • Aprel:
  • 24

TƏQVİM / ARXİV