“Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Respublika Komitəsi ittifaq üzvlərinin sağlamlığının qorunması, sosial rifahının gücləndirilməsi və istirahət imkanlarının genişləndirilməsi istiqamətində fəaliyyətini ardıcıl davam etdirir.”
Adalet.az xəbər verir ki, bu barədə ETİHİ Respublika Komitəsinin sədri Araz Paşayev rəsmi sosial şəbəkə hesabında paylaşım edib.
A.Paşayev paylaşımında bildirib ki, aprel ayı ərzində 516 ittifaq üzvü e-AHİK.az elektron rezervasiya sistemi vasitəsilə qeydiyyatdan keçərək sanatoriya-kurort yollayışlarından yararlanıb və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının tabeliyində fəaliyyət göstərən müalicə və istirahət mərkəzlərində olub: “Ay ərzində 516 ittifaq üzvü sanatoriya və istirahət mərkəzlərinə yollayışlardan, 270 nəfər həftəsonu istirahət tədbirlərindən, 1019 nəfər turlardan, 287 nəfər isə ekskursiyalardan yararlanıb. Bizim üçün əsas məqsəd təhsil işçilərinin rifahına, sağlamlığına və asudə vaxtının səmərəli təşkilinə real töhfə verməkdir. Bu istiqamətdə həyata keçirilən layihələr bundan sonra da ardıcıl şəkildə davam etdiriləcək.”


Bakı -°C
