adalet.az header logo
  • Bakı -°C

AZAL Təl-Əvivə uçuşları bərpa edir

89 | 2026-05-02 13:00
A- A+

"Azərbaycan Hava Yolları" QSC (AZAL) İsrailin Təl-Əviv şəhərinə uçuşları bərpa edir.

Adalet.az xəbər verir ki, bu barədə AZAL məlumat yayıb. 

Qeyd olunur ki, bu istiqamət üzrə reyslərə 3 maydan start veririk. Uçuşlar hər gün həyata keçiriləcək.

Biletləri AZAL-ın saytından və ya mobil tətbiqindən indi əldə etmək mümkündür.

Xatırladaq ki, fevralın 28-də Yaxın Şərqdə baş verən son hadisələr və hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən AZAL Təl-Əviv istiqaməti üzrə uçuşları dayandırmışdı.

TƏQVİM / ARXİV