adalet.az header logo
  • Bakı -°C

 Hər meyvənin öz vaxtı var...

87 | 2026-04-08 20:14
A- A+

Bu gün dükan- bazarlarda   hər cür  bahalı meyvələr  satılır. Alıcılar da bu meyvələrə  baxıb köks ötürüb gedirlər.

Məsələn, alçanın bir kiloqramı 200 manat, ərik 250 manat, gilas, albalı 165 manat, sonra qarpız , yemiş gəlir... Və onların xarici ölkələrdən idxal olunur. Satıcılar deyir ki, düzdür, bu meyvələrin qiymətləri  çox bahadır. Amma onların da kifayət qədər alıcısı var. Elə pulu adam var ki, 200 manat verib , bir kiloqramı alça alır.

Bəzi insanlar da olur ki, həmin meyvələrdən  30- 40 manatlıq alır! Bunlar hamısı normaldır. Ancaq  normal olmayan odur ki,  bir çoxları bildirir ki, bu baha  məhsulları  imkanlı adamlar niyə alırlar?  Təbii ki, hər adam cibinə  uyğun hərəkət etməlidir!  Və bir də hər meyvə öz mövsümündə yeyləndə  dadlı  olur.

Ona görə də heç darıxmayın, bir iki  aydan sonra həmin meyvələr yaxşı yetişər və  hamımız  bu meyvələrdən  doyunca yeyərik! Allah qoysa!!!

Emil FAİQOĞLU          

  • Aprel:
  • 3

TƏQVİM / ARXİV