Hər meyvənin öz vaxtı var...
Bu gün dükan- bazarlarda hər cür bahalı meyvələr satılır. Alıcılar da bu meyvələrə baxıb köks ötürüb gedirlər.
Məsələn, alçanın bir kiloqramı 200 manat, ərik 250 manat, gilas, albalı 165 manat, sonra qarpız , yemiş gəlir... Və onların xarici ölkələrdən idxal olunur. Satıcılar deyir ki, düzdür, bu meyvələrin qiymətləri çox bahadır. Amma onların da kifayət qədər alıcısı var. Elə pulu adam var ki, 200 manat verib , bir kiloqramı alça alır.
Bəzi insanlar da olur ki, həmin meyvələrdən 30- 40 manatlıq alır! Bunlar hamısı normaldır. Ancaq normal olmayan odur ki, bir çoxları bildirir ki, bu baha məhsulları imkanlı adamlar niyə alırlar? Təbii ki, hər adam cibinə uyğun hərəkət etməlidir! Və bir də hər meyvə öz mövsümündə yeyləndə dadlı olur.
Ona görə də heç darıxmayın, bir iki aydan sonra həmin meyvələr yaxşı yetişər və hamımız bu meyvələrdən doyunca yeyərik! Allah qoysa!!!
Emil FAİQOĞLU
Digər Xəbərlər
08 Sentyabr 2026 11:14
Sakinləri hər gün kabab tüstüsünə tutan "Valentino" restoranından şikayət - VİDEO
08 Sentyabr 2026 07:39
“Uşaqlar hamısı xəstəlik tutub, dərdimizə əlac edən yoxdur” - VİDEO
07 Sentyabr 2026 13:44
“Qala Qəbələ”də nöqsanlar aşkarlandı - VİDEO
07 Sentyabr 2026 12:12


Bakı -°C

