Bakıda bir çox marşrutlar axşam saat 22- dən sonra ya işləmir, ya da yarım saatdan, bir saatdan bir işləyir. Gecə saatlarında metodan çıxan sərnişinlər bu avtobusları gözləyir və axırda da bir manatlıq, iki manatlıq taksilərə minib mənzil başına gedirlər.
Xüsusilə də Bakının qəsəbələrinə gedən avtobuslar hərəkət qrafikinə əməl edir, axşam saatlarında gəlmir və gəlsə də çox gec gəlir. Təbii ki, bu də sərnişinlərin haqlı narazılığına səbəb olur.
Çox uzağa getməyək. Metronun " Neftçilər" satansiyasından Yeni Günəşliyə gedən 50 və 64 nömrəli marşrutda işləyən avtobuslar gecə saat 23 - dən sonra ya gəlmir, ya da gəlsə də bir saatdan sonra gəlir. Havalar qarlı, yağışlı olanda isə vəziyyət daha da çətinləşir.
Yəni həmin avtobuslar xətdən çıxıb qaraja gedir. Ümumiyyətlə, özəl şirkətlər həmişə öncə öz mənafelərini qoruyurlar. Onlar düşünürlər ki, əlverişsiz hava şəraitində, yəni qar yağanda , yollar buz bağlayanda avtobuslar qəzaya ugrayar, əzilər və maddi ziyan olar! Amma nəqliyyat sektoru dövlətın sərəncamında olsa, bu dediyimiz nöqsanlar baş verməz.
Yaxşı olardı ki, gələcəkdə özəl sektorla yanaşı, dövlətin tabeliyində olan avtobuslar da olsun .Bax onda dövlət sektoru ilə özəl sektor arasında rəqabət olar və nəticədə sərnişinlərə yüksək səviyyəli xidmət göstərilər, onlar gecə saatlarında yolda qalıb , taksi axtarmazlar!!!
Emil FAİQOĞLU


Bakı -°C
