adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

DÜNYA KƏDƏRƏ QALIB - Əbülfət MƏDƏTOĞLU yazır

ƏBÜLFƏT MƏDƏTOĞLU
198 | 2022-01-26 11:29

Bəli, qışın  çox üzücü, necə deyərlər, zəhlə tökən havası var bu gün. Mənimlə razılaşmaya  bilərsiniz. Elə çevrəmdəkilər də razılaşmırlar. Vurğulayırlar ki, cibində babat  pulun, rahat şəraitin olandan sonra bütün havalar gözəldi. Rəhmətlik Rüfət Zəbioğlu  demişkən, «Ələti də Yalta hesab etmək olar!». Təəssüf ki, bizim nə durumumuz, nədə ovqatımız   Yaltalıq deyil. Ona görə də havanı qınayırıq, zamanın yaxasını  sökürük və bir az da bir-birimizin üstünə gedirik, xətrinə dəyirik əsəblərimizi  sakitləşdirmək üçün…

Təəssüf ki,bunlar hamısı qəlbə toxunur… ürəyə dəyir… qanqaraçılıq yaradır… əsəb üstünə əsəbgəlir. Necə deyərlər, dərd dərd gətirir. Təəssüf ki, gələn dərdi bölüşməyə həmdərd gəlmir. Onu da başa düşürəm. Çünki həmdərdinözü də öz dərdini çözməklə məşğuldur. Deməli, belə bir məqamda ümid yenə Allahaqalır. Yaxşı ki, ümid kəndirimiz kəsilməyib.

Bu yerdə yadıma rəhmətlik Vahid Əlifoğlu düşür. Onunxalq nağıllarımızın qəhrəmanlarından olan Məlikməmmədə ünvanladığı şeirin adı  belə idi: Qaldı Məlikməmməd, qaldı quyuda… İndi biz quyunun dibindəyik. Ammaora iynə ucu boyda işıq da düşür, kəndir də sallanır. Faciə onda baş verəcəkki, həmin iynə ucu boyda işıq qeybə çəkiləcək, kəndirdə ki, lap dəhnədən,kötükdən doğranacaq.

Hə, mən bax belə  bir ovqatla sözümün ucunu tapmağa çalışıram. İstəyirəm ki, dediklərimi,yazdıqlarımı tam səmimi qəbul edəsiniz. Düşünməyəsiniz ki, ruh düşkünlüyünün, həyatsıxıntılarının, iqtisadi zərbələrin təsiri altında olan-qalan ağlımı da itirmişəm.Bu dünyanın durumu elə bir nöqtəyə gəlib çıxıb ki, indi ağıllıların da fikirləşməsinə   zaman qalmayıb. Dəlilərin çapdığı at, daha doğrusu, idarə etdikləri ən sürətli  aparatlar, maşınlar heç tozlarını da görməyə imkan vermir. Ona görə də indi deyəsən ağıllıların da erası bitmək üzrədir.Və mən də bunu bir vəhylə  hiss etməkdəyəm. Həmin hisslərin diqtəsiylə də adını çəkmədiyim və heç çəkmək də  istəmədiyim bir ünvana yazdığım misraları ürəyimdə təkrarlayıram.

 

 

İndi  - bəxtəvər   vaxtındı,

Dərdin nübar  dişi çıxıb.

Hamı gülür – demək  bu gün

Hamının da işi   çıxıb.

 

 

İnsanın dabölgüsü var

Oturağı, çölçüsüvar.

Hərənin özölçüsü var –

Dünya arvad,kişi çıxıb…

 

 

Ox yoxdusa, kaman nədi

Həyat nədi,zaman nədi?!

Tüpürməli zəmanədi –

Erkək olan dişi  çıxıb.

 

 

***

 

Həyatın bütün özəlliklərinə  baxmayaraq, insanın da fərd olaraq özünəməxsusluqları yetərincədir. Və həmin özəlliklə   özünəməxsusluq bir yolda, rizdə qarşılaşanda və yaxud yolları paralel düşəndə   baxıb görürsən ki, bu rəngarəngliyin içərisində bir xaos da var. Elə bir xaoski, onu ipə-sapa düzmək, onu sıralamaq, yerli-yerinə gətirmək və sonra da«FƏRƏQƏT!» komandası vermək o qədər asan olmur. Lakin bir məcburiyyət   olduğundan insan o yükün altına da çiyin verir. Çünki şəraitdən çıxmağa məcburdu,bəlkə də məhkumdu. Ona görə də mən sözümün ucunda artıq deməyə çalışdığım  fikirlərin ətrafında kol-kos doğramağı, necə deyərlər, qab-qaşığı bir-birinə   vurmağı artıq bir kənara atmaq niyyətindəyəm. İstəyirəm ki, yolu bir az kəsəsalım. Bu fırlanmaları,bu dolayları qatlayıb qoyum dizimin altına. Axı kəsə yol mənzil  başına tez  çatmaq deməkdir. Doğrudur, dünyada bir mənzil var ki, ora yolun ölçüsü məlum   deyil. Başlanğıc nöqtəsi məlum olsa da, son dayanacaq elə doğum anında taleyə yazılsa da, amma neçə illik, neçə  aylıq, neçə günlük bir məsafəni keçib gedəcəyimiz öncədən nə yazılı şəkildə, nədə şifahi halda bizə bəyan edilir. Bunun özü hardasa insanın xoşbəxtliyidi. Yənibiz sonuncu günümüzü bilsək,bəlkə də bu dünyanı çoxdan zəlil günə qoymuşduq. İndi hələ heç nə bilməyə-bilməyə  dünyanın başında türp əkirik, gününü göy əskiyə bükürük, sinəsini müxtəlif sınaqların meydanına  çeviririk. Ona görə də təbii fəlakətlərin, müxtəlif xəstəliklərin sayı və   çeşidi də artır. Qalırıq dava-dərman axtara-axtara…

Doğrudur,dünyanın müxtəlif nöqtələrində insanlar üçüncü növü təmsil edirlər. Onlar   eksperimentlərin, sınaqların qurbanlarıdılar. «Ağ» insanlar, yəni dünyanı idarə  edənlər pullarını artırmaq, imkanlarını daha da genişləndirmək üçün məhz həmino qurbanlıqlardan yararlanıblar. Və mən də özümü bəzən həmin o eksperimentlərinən alisinin, ən vacibinin, ən dəyərlisinin, ən önəmlisinin qurbanı sayıram.Çünki həmin eksperiment bir dənə, bir buğdaya nəfsini güdaza verənlərin, yəniAdəmlə Həvvanın zamanından başlayır. Cənnətdə kef içində yaşayan Adəm babamızlaHəvva nənəmiz günlərin bir günü guya bir buğdaya görə qəzəbə tuş gəliblər. Amma   mənə elə gəlir ki, onlar sevgi qurbanlarıdılar. Çünki Adəmlə Həvva o boyda  sevgidən sonra bir buğdaya tamah salmazdı. Bu, biz insanların uydurmasıdı. Deməli, bu dünyanın ən  böyük aşiq-məşuqu elə Adəmlə Həvva olubdu. Bizim sevgimiz isə onların sevgisinin yanında bir şeh damcısıdı.Ona görə də öz-özümə hərdən təsəlli verərək yazıram:

 

 

Nə yaşıma, nəbaşıma uyğundu

Bir dəlilik   nişanıdı bu sevgi…

Həm müqəddəs, həmdə həzin duyğudu –

Torpaq, hava, od   və mənə su, sevgi!..

 

 

Gözlərinə  uzaqdan, həm yaxından

Baxa-baxa  asılanda yaxandan…

Olub məni   yandırandan, yaxandan –

Son nəğməsin səsləndirən   Qu, sevgi..

 

 

Xəyal qurmaq,gün keçirmək nağıl tək

Sona qalır  ortalıqda ağıl - tək…

Aç tilsimin,bağladığım daxıl tək –

Ürəyini ürəyimdə  yu, sevgi!..

 

 

***

 

Ömrün fəsillərəbölünməsi yəqin ki, ağıllıların ağlına gəlib. Daha çox da bu fikir yəqin ki  şairlərə məxsusdu. Çünki yeri gələndə   az-az uydurmaq onların işidi. Bax, bu mənada   indi təkcə təbiətin deyil, həm də aid olduğun nəslin ömür payına düşən qışı  yaşayırıq. Kim çıxacaq bu payızdan… kim çıxacaq bu qışdan… Onları düşünmək belə   istəmirəm. Çünki düşünsəm də dəqiq bir qərar verə bilməyəcəm, dəqiq bir nəticə  ortaya qoymaq mümkün olmayacaq. Bu, özü-özünü yormaqdan, özü-özünü fikirlərin   burulğanında batırmaqdan başqa bir şey deyil. Doğrudur, bəzən insan özü istəmədəndə fikir onun yaxasından tutur. Çünk tökülən, saralan yarpaqlar özü pıçıldayır  bu dediklərimi. Və biz də  reallığın qarşısında susuruq,o məqama kimi gözləyirik ki, ordan sonra fəsilin yazı başlayır, yayı başlayır.Amma qışdan, payızdan çıxdığımız unudulur. Elə bil ki, heç ömrümüzdə  olmayıblar…

İnsana məxsusolan bu qəribəlik, zənnimcə, elə insanın öz yaradıcılığıdı. Ayaqda   qalmaq, sabaha inamla getmək yaradıcılığı. Bax, mən də dünyanın (yazımın əvvəlindəsöylədiyim kimi – Ə.M.) bu qarışıq, bu xaotik məqamında özüm üçün bir qərar qəbuletmişəm. Daha doğrusu, bunu öz kəşfim hesab edirəm. Biz azaldıqca dünyada kədərin   meydanı genişlənir. Yəni dünya kədərə qalır… kədər sahib olur dünyaya…

Bir az ağrılı,bir az nostalji olsa da, mən indi dünyanın daha çox kədər ünvanı olduğuna,dünyanın daha çox kədərin caynaqlarına keçməsinə şübhə etmirəm. Elə o şübhələrə qalib gəlmək, özümü dözümlü göstərmək  üçün yazmışam:

 

 

Bir tənhalıq,bir sükut

Hamilə qara bulud…

Güllələnmiş son   umud –

Dünya kədərə   qalıb…

 

 

Bir nişangah,bir nişan

Nişangahdı pir,nişan…

Yer də, göy də pərişan–

Dünya kədərə  qalıb…

 

 

Gündüz qan-tər, gecə qor

Bir ağac var oda dor!

İçim, çölüm  ancaq gor –

Dünya kədərə   qalıb…

 

 

Səsim yetim,sözüm nəm

Güləşirəm özümnən…

Dünya düşüb   gözümdən –

Dünya kədərə  qalıb.

 

 

Heyrət, diqqət calaqdı

Üst-üstədi,qalaqdı…

Hər halıyla  alaqdı –

Dünya kədərə  qalıb.

 

 

Bəli, indi  sevincdən çox kədərin at oynatdığı, təbəssümdən çox göz yaşımın bəzədiyi budünya mənə görə kədərə qalıb. Sizə görə isə?.. Onu özünüz müəyyənləşdirin.Sonra deməyin ki, haqqınıza şərik çıxdım.

TƏQVİM / ARXİV