DTX tərəfindən saxlanılan Vüqar Məmmədovla bağlı qərar verildi

116 | 2025-10-31 19:27

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) "Hürriyyət" qəzeti və "Hürriyyət TV"də keçirdiyi əməliyyat zamanı saxlanılan baş redaktor Vüqar Məmmıdovla bağlı qərar verilib.

Adalet.az xəbər verir ki, Vüqar Məmmədov barəsində 3 ay 13 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Bu barədə Səbail Rayon Məhkəməsində qərar qəbul edilib.

Qeyd edək ki, Vüqar Məmmədov Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində saxlanılıb.

TƏQVİM / ARXİV