adalet.az header logo
  • Bakı -°C

“Trampın Pasxa bayramında Papanı təhqir etməsi...”

131 | 2026-04-14 11:12
A- A+

“ABŞ prezidenti Donald Trampın Roma papasını İranla bağlı mövqeyinə görə təhqir etməsi, Xristian dünyasında ona qarşı nifrətin artmasına gətirib çıxaracaq. Nəzərə alaq ki, B. Netanyahu da ötən həftələrdə İsa peyğəmbər haqqında təhqiramiz ifadələr işlətmişdi”.

Adalet.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. 

“Qeyd edim ki, Yəhudi dini inancı xristianlığı qəbul etmir. Bununla da D.Trampın nə qədər Yəhudi Lobbisindən asılı olduğunu və B.Netanyahunu qorumaq üçün Roma papasını təhqir edir. Roma papası dünyada sülhün və rifahın olmasında, İranla müharibənin əleyhinə açıqlama verib. Roma Katolik Kilsəsinin rəhbəri Bbütün dinlər tərəfindən, həmçinin dövlətlər tərəfindən qəbul edilir və hörmət edilən nüfuzlu dini xadimidir. D.Trampın Pasxa bayramında Papanı təhqir etməsi, bir növ İsrailə və B.Netanyahuya xidmət etdiyini açıq şəkildə göstərməsidir”, - deyə o, bildirib. 

Vasif ƏLİHÜSEYN

TƏQVİM / ARXİV