Çimərliklərdə boğulma ilə bağlı 6 müraciət edilib - Rəsmi

175 | 2025-07-03 09:22

İyun ayı ərzində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhərində yerləşən çimərliklərdən - Şıxov, Bilgəh, Buzovna və Pirşağıda baş verən sudaboğulma hadisələri ilə bağlı 6 müraciət daxil olub.

Bu barədə Adalet.az-a TƏBİB məlumat verib.

Daxil olan çağırışlar əsasında təcili tibbi yardım briqadaları dərhal hadisə yerlərinə cəlb olunub.

Hadisələr nəticəsində Bakı şəhəri üzrə 2 nəfər (1-i qadın, 1-i kişi cinsli olmaqla) sudaboğulma diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə təxliyə olunub. 1 nəfərə isə (kişi cinsli) yerində tibbi yardım göstərilib.

Ümumilikdə, 3 (kişi cinsli) şəxsin isə həkiməqədər ölüm faktı qeydə alınıb.

Regionlar üzrə - Saatlı, Astara və Lənkəran rayonlarından müraciətlər daxil olub. Müracitlər üzrə 2023-cü il təvəllüdlü azyaşlı (kişi cinsli) Lənkəran Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

3 nəfərin (kişi cinsli) isə sudaboğma nəticəsində həkiməqədər ölüm faktı qeydə alınıb.

TƏQVİM / ARXİV