İstanbulun bələdiyyə sədri Əkrəm İmamoğlu yolsuzluğa (korrupsiya), rüşvət və s. cinayətlərə görə həbs edilib. Cəhənnəmə gedən özünə yoldaş axtardığı kimi, 80-dən artıq bələdiyyə işçisini də özüylə götürüb ki, Silivridə «okey» oynamağa dost-tanışı olsun, darıxmasın.
CHP-nin sədri Özgür Özəl də adamları itaətsizliyə çağırıb, nümayişlərə çağırıb və ən maraqlısı budur ki, xalqa müraciət edib ki, türk şirkətlərinin məhsullarını boykot etsinlər.
Eybi yox, bunu da keçmək olar. Ən pisi odur ki, ABŞ-a, Fransaya, İngiltərəyə, nə bilim daha hansı kərtənkələ dövlətlərə də müraciət göndərib ki, Türkiyəyə təzyiq etsinlər, sanksiyalar qoysunlar.

Vaxtilə, elə indi də bizim müxalifətdə də belə müraciətlər və bəyanatlar olurdu və olur.
Deməli, kreslonu dövlətdən də, Vətəndən də, xalqdan da üstün tutanlar var.
Bu, faciədir, öz dövlətinin, vətəninin və xalqının kürəyinə xəncər soxmaqdır.
Amma bu keçməz. Türkiyə möhtəşəm dövlətdir və Türkiyəni qarışdırmaq istəyənlər ulduza hürən köpəklərdir.
Yazarın digər yazarlar
BİRLƏŞMİŞ MİLLƏTLƏR ÇAYXANASI… - Aqil ABBAS yazır
Aqil ABBAS: ÇAY QIRAĞINDA BİTİB, SUSUZ QALAN AĞACLARIN SAĞLIĞINA… - SON
Aqil ABBAS: ÇAY QIRAĞINDA BİTİB, SUSUZ QALAN AĞACLARIN SAĞLIĞINA… (Sonuncudan əvvəlki)
Aqil ABBAS: ÇAY QIRAĞINDA BİTİB, SUSUZ QALAN AĞACLARIN SAĞLIĞINA… - XII (DAVAMI)
Aqil ABBAS: ÇAY QIRAĞINDA BİTİB, SUSUZ QALAN AĞACLARIN SAĞLIĞINA… - XI (DAVAMI)
Aqil ABBAS: ÇAY QIRAĞINDA BİTİB, SUSUZ QALAN AĞACLARIN SAĞLIĞINA… - X (DAVAMI)
Aqil ABBAS: ÇAY QIRAĞINDA BİTİB, SUSUZ QALAN AĞACLARIN SAĞLIĞINA… - IX (DAVAMI)


Bakı -°C
