Xarici işlər naziri Ceyhun Bayramov Avropa Birliyinin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Maqdalena Qrononu qəbul edib.
Adalet.az xəbər verir ki, görüş zamanı Azərbaycan-Avropa Birliyi (AB) əməkdaşlığının hazırkı vəziyyəti və perspektivləri, Azərbaycan-Ermənistan normallaşma prosesi, habelə regional və beynəlxalq məsələlər müzakirə olunub.
Azərbaycan və AB arasında siyasi, iqtisadi, nəqliyyat, enerji təhlükəsizliyi və s. istiqamətlər üzrə əməkdaşlıq məsələləri nəzərdən keçirilib. Azərbaycanla Avropa Birliyi arasında əməkdaşlıq platformaları və alətləri üzrə danışıqların əhəmiyyəti diqqətə çatdırılıb.
İki tərəf arasında yüksək səviyyədə təmasların və son aylarda keçirilmiş dialoqların məmnunluq doğurduğu, bu istiqamətdə səylərin davam etdirilməsinin vacibliyi vurğulanıb.
Xüsusi nümayəndə Vaşinqton Zirvə görüşü çərçivəsində əldə edilmiş nailiyyətlərə dəstək verilməsi istiqamətində Avropa Birliyinin hazırlığını ifadə edib.
Nazir Ceyhun Bayramov, öz növbəsində Azərbaycan-Ermənistan normallaşma və sülh prosesi üzrə əldə olunan irəliləyişlər və perspektivlər barədə qarşı tərəfə məlumat verib, ölkəmizin mövqeyini qarşı tərəfin diqqətinə çatdırıb.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Bakı -°C
