adalet.az header logo
  • Bakı -°C

Büdcə vəsaitlərinin idarəedilməsi üzrə nöqsanlar aşkarlanıb

78 | 2026-04-21 12:29
A- A+

"Nöqsan təsnifatı üzrə təhlillərin nəticələri göstərir ki, say ifadəsində büdcə qanunvericiliyi, dövlət satınalmaları və dövlət investisiyaları sahəsində pozuntu nisbəti ciddi dəyişməyib".

Adalet.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.

"Hər il nöqsanlar arasında ən yüksək paya malik olan büdcə qanunvericiliyi üzrə nöqsanlara gəldikdə bildirmək istərdim ki, 36 nəzarət tədbirində  büdcə vəsaitlərinin idarəedilməsi üzrə nöqsanlar aşkarlamışıq. Burada qurumlar tərəfindən proqnozlaşdırılma və icra prosesinə lazımi diqqət yetirilməməsi, yetərli maliyyə inzibatçılığının və fiskal intizamın təmin edilməməsi şəraitində aşkarlanmış nöqsanlar mühüm yer tutur.  Bu nöqsanlar nəticəsində müvafiq qurumların büdcəsi üzrə aşağı icra səviyyəsi, nəticə əsaslı dövlət sifarişi münasibətlərinin formalaşdırılmaması, vəsaitlərin istifadəsiz saxlanılmaqla digər hesablara yönəldilməsi, dövlət sifarişi şərtlərindən kənar dövlət vəsaitlərinin xərclənməsi kimi halları müşahidə etmişik", - deyə Palata sədri bildirib.

TƏQVİM / ARXİV