Mehdiabad qəsəbə 3 nömrəli tam orta ümumtəhsil məktəbinin binasında aparılan texniki baxış zamanı divarlarda çatların yarandığı müəyyən edilib.
Adalet.az xəbər verir ki, bununla bağlı Abşeron-Xızı Regional Təhsil İdarəsi məlumat yayıb.
Bildirilib ki, baş verə biləcək xoşagəlməz hadisələrin qarşısının alınması, məktəb binasının təhlükəsiz istismarının təmin edilməsi məqsədilə təxirəsalınmaz tədbirlərin görülməsi barədə göstəriş verilib.
“Belə ki, aprelin 1-dən etibarən təhsil müəssisəsinin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb. Tədrisin fasiləsizliyinin təmin edilməsi məqsədilə şagirdlərin yaxınlıqda yerləşən digər ümumi təhsil müəssisələrinə yönləndirilməsi və dərs prosesinə cəlb olunması həyata keçirilir.
Hazırda Abşeron-Xızı Regional Təhsil İdarəsi tərəfindən aidiyyəti qurumlarla birgə yaranmış vəziyyətin səbəblərinin araşdırılması və zəruri təmir-bərpa işlərinin həyata keçirilməsi istiqamətində tədbirlər davam etdirilir. Proses nəzarətdə saxlanılır. Görülən işlər barədə ictimaiyyətə əlavə məlumat ictimaiyyətə təqdim olunacaq”, - məlumatda vurğulanıb.


Bakı -°C
