adalet.az header logo
  • Bakı -°C

Azərbaycanda ilk dəfə robotik cərrahi əməliyyat uğurla icra olundu

87 | 2026-01-22 16:33
A- A+

Azərbaycanda TƏBİB tabeli tibb müəssisəsində ilk dəfə robotik cərrahi əməliyyat uğurla icra olunub.

Adalet.az xəbər verir ki, bunu TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov deyib.

Onun sözlərinə görə, bu ölkə üçün qürurverici hadisədir:

"Əməliyyat zamanı hansısa texniki və cərrahi çətinlik yaranmayıb. Əgər ehtiyac olarsa əməkdaşlıq etdiyimiz xarici həkimlər sistemə müdaxilə edə bilirlər. Onu da bildirim ki, robotik cərrahiyyə sistemi özü heç bir qərar qəbul etmir. Robotik cərrahi əməliyyatı qan itkisini minimuma endirməyə də kömək edir. Bu ölkədə səhiyyə sisteminin inkişafına, eləcə də gələcəkdə daha çətin əməliyyatların icrasına töhfə verəcək".

  • Dekabr:
  • 26

TƏQVİM / ARXİV