adalet.az header logo
  • Bakı -°C

Azərbaycanda 1C üzrə ilk praktiki seminar keçirildi - FOTOLAR

84 | 2025-12-13 15:54
A- A+

Azərbaycan Konsaltinqlər Assosiasiyasının təşəbbüsü və GM Konsaltinq MMC-nin təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə olaraq 1C proqramı üzrə praktiki seminar keçirilib.

Adalet.az xəbər verir ki, seminar Azərbaycanda 1C üzrə keçirilən ilk rəsmi praktiki təlim olması ilə seçilir və mütəxəssislərə mənfəət vergi bəyannaməsinin hazırlanması, qanunvericilikdəki son yeniliklər və 1C-də real tətbiq üsulları barədə geniş praktiki bilik təqdim edir.

Seminarda mənfəət vergi bəyannaməsinin hazırlanması və təqdim edilməsi qaydaları, qanunvericilikdə son yeniliklər və tətbiq nüansları, 1C mühasibat proqramında bəyannamənin addım-addım hazırlanması nümayiş etdirilib.

Təlimdə ölkənin maliyyə nəzarəti orqanlarının əməkdaşları, mühasiblər, auditorlar, vergi mütəxəssisləri, zireklər (ekspertlər), müxtəlif dövlət qurumlarının maliyyə və mühasibatlıq sahəsində çalışan əməkdaşları ilə yanaşı, özəl sektorun nümayəndələri, biznes sahibləri və CFO-lar iştirak edib.

TƏQVİM / ARXİV