Azərbaycan və Ukrayna arasında konsulluq məsləhətləşmələri keçiriləcək

368 | 2025-06-28 14:56

Ukrayna və Azərbaycan Xarici İşlər nazirlikləri (XİN) arasında konsulluq məsləhətləşmələrinin keçirilməsi nəzərdə tutulur.

Adalet.az xəbər verir ki, bunu Ukraynanın Azərbaycandakı sabiq səfiri Vladislav Kanevski sosial şəbəkə hesabında yazıb.

O bildirib ki, bu məsləhətləşmələr zamanı əldə olunacaq razılaşmalar xaricdə yaşayan həmvətənlərin konsulluq müdafiəsinin səviyyəsinin artırılmasına töhfə verəcək:

"Bu, Ukrayna və Azərbaycan arasında strateji tərəfdaşlığın daha da möhkəmlənməsi istiqamətində növbəti addım olacaq".

TƏQVİM / ARXİV