Ağdamda Qırğızıstanın tikdiyi “Aykol Manas” məktəbinin açılışı olacaq

84 | 2025-07-03 09:52

Ağdamda Qırğız Respublikasının inşa etdiyi “Aykol Manas” məktəbinin açılışı olacaq.

Adalet.az xəbər verir ki, bu barədə prezident administrasiyasının xarici siyasət şöbəsinin müdiri Saqinbek Abdumutalip məlumat verib.

    Məktəbin açılışında Qırğız Respublikasının Prezidenti Sadır Japarov iştirak edəcək.

    Məktəb Ağdamın Xıdırlı kəndində inşa edilib. Ötən il aprelin 24-də Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə məktəbin təməlqoyma mərasimi keçirilib.

    Qeyd edək ki, Qırğız Respublikasının Prezidenti Azərbaycana iki günlük səfərə yola düşüb.

    TƏQVİM / ARXİV