adalet.az header logo
  • Bakı -°C

ABŞ və İran Pakistan vasitəsilə dolayı yolla danışıqlar aparır

88 | 2026-03-26 16:25
A- A+

Pakistan ABŞ və İran arasında mesajların mübadiləsində iştirak edir.

Adalet.az xəbər verir ki, bu barədə Pakistanın xarici işlər naziri İshaq Dar “X” hesabında yazıb.

O bildirib ki, ABŞ-İran dolayı danışıqları Pakistanın vasitəçiliyi ilə aparılır və Vaşinqtonun təklif etdiyi 15 maddəlik plan İran tərəfindən nəzərdən keçirilir.

“Misir və Türkiyə kimi qardaş ölkələr də bu təşəbbüsə yardım göstərir”,- İshaq Dar qeyd edib.

TƏQVİM / ARXİV