ABŞ-da anadan olmuş Küveyt vətəndaşı - jurnalist Əhməd Şihab-Eldin mart ayında Küveyt hökuməti tərəfindən həbs edilib.
Adalet.az xəbər verir ki, bu gün keçirilən məhkəmə 41 yaşlı jurnalistin həbsdə qalmasına qərar verib. Əhməd ABŞ-nin İrana qarşı "Epik Qəzəb" əməliyyatına başlamasından bir neçə gün sonra həbs edilib. Hakimiyyət orqanları onu "yalan məlumat yaymaqda və milli təhlükəsizliyə zərər vurmaqda" ittiham edib. Həbs olunmazdan əvvəl son paylaşımlarından biri 2 martda Küveytdə Amerika qırıcı təyyarəsinin qəzaya uğraması ilə bağlı olub. Videoda qırıcı təyyarənin Küveyt üzərində qəzaya uğradığı göstərilir. ABŞ ordusu daha sonra bildirib ki, üç Amerika F-15E Strike Eagle qırıcısı "dostcasına atəş" nəticəsində vurulub. Altı heyət üzvünün hamısı təhlükəsiz şəkildə katapultasiya edilib.
Hazırda onu 10 ilə qədər həbs cəzası gözləyir.
Qeyd edək ki, Əhməd Şihab PBS Frontline, The New York Times və Al Jazeera da daxil olmaqla bir sıra nəşrlərdə çalışıb.


Bakı -°C
