Zuqanov və Jirinovski həbs oluna bilər
Rusiya Federasiyası Kommunist partiyasının lideri Gennadi Zuqanov və Rusiya Liberal Demokrat partiyasının lideri Vladimir Jirinovski Ukrayna sərhədini keçdikləri zaman həbs olunacaqlar.
"Qafqazinfo” İnterfax-a istinadən xəbər verir ki, bu barədə Ukrayna daxili işlər nazirinin məsləhətçisi Zoryan Şkiryak məlumat verib.
"Daxili İşlər Nazirliyi onların tutulub məhkəməyə təhvil verilməsi üçün mümkün olan bütün variantlara əl atacaq”-deyə o, Kiyevdə keçirdiyi brifinqdə bildirib.
Nazirliyin saytında yerləşdirilən məlumatlara görə, adıçəkilən siyasətçilər Ukrayna konstitusiyası tərəfindən müəyyən edilmiş sərhədlərin dəyişdirilməsi istiqamətində pul əməliyyatlarında iştirak ediblər. Bu, isə məlum arzuolunmayan nəticələrə gətirib çıxarıb.
Sözügedən ittihamlara görə Zuqanov və Jirinovskini 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyə bilər.
Digər Xəbərlər
03 May 2024 13:36
Kristina Kuin erməniləri sevir, görən Mark Libbi bizi niyə sevmir?
03 May 2024 12:20Hikmət Hacıyev: Basdırılan minalar humanitar fəaliyyətə ciddi təsir edir
03 May 2024 12:19Prezident İlham Əliyev polşalı həmkarını təbrik edib
03 May 2024 11:19İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
03 May 2024 10:04