adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
02 Iyun 2020 12:14
46132
ƏDƏBİYYAT

Ziyalı ömrü - Rəfiqə Məmmədqızı yazır

Müəllim,-hər birimiz üçün bu ən ali bir sözdür.Türklərmüəllimə öyrətmən, hoca, fransızlar metğ, ruslar uçitel, ingilislərsə tiçədeyirlər. Hansı dildə necə deyildiyindən asılı olmayaraq bu sözlərin hamısı birməna kəsb edir- "İnsanlara elmi öyrədən, həyatı öyrədən parlaq simalı şəxs.” Buadı daşımaq həm fəxrdir, həm də həddindən artıq məsulliyyət deməkdir.

Filosof Aristotel deyib:"Atam məni yerə endirdi, müəllimim isə göylərə qaldırdı.

"Müəllimin dövlətişagirdləridir, nəğməsi şagirdlərin sədası, qazancı isə millətin məhəbbətidir.”Müəllimhəm də bağbandır.Bağbanın becərdiyi ağacların meyvəsi insanlara xeyir verir.Müəlliminyetişdirdiyi şagirdlər xalqa, cəmiyyətə beləcə xeyir verir.

Haqqında söhbətaçdığımız şəxs uzun müddət Quba rayon Zərdabi qəsəbə tam orta məktəbində Azərbaycandili və ədəbiyyat müəllimi işləmiş Dilarə İbadulla qızı Dehqanidir.

O,1960-cı ilin iyunayının 6-da Azərbaycanın qədim diyarı Gəncə şəhərində anadan olmuşdur.41 saylıGəncə şəhər orta məktəbini bitirmişdir.

Humanitar elmlərəxüsusi meyli olan gənc Dilarə Həsənbəy Zərdabi adına Pedoqoji İnstitununfilologiya fakultəsinə daxil olmuşdur. Müvəffəqiyyətlə oranı bitirən Dilarəsevib-seçdiyi Arif bəylə ailə həyatı qurmuşdur.Beləcə o, həyatını Azərbaycanındilbər guşəsi Quba rayonu ilə bağlamışdır.Həmin ildən Quba rayonu Zərdabi kəndtam orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi kimi fəaliyyətəbaşlamışdır.

İlk gündənqayğıkeşlik, ciddilik və tələbkarlıq özünü göstərdi. Adətən ibtidai sinifdə birmüəllimin dərs keçməsinə adət edən şagirdlər,indi bir neçə müəllimin onlara dərskeçməsinə çətin alışırdılar.Bu mənada şagirdlər üzərindən psixoloji yükü götürmək,ayrı-ayrı fənlərin mənimsənilməsində onlara yardımçı olmaq Dilarə müəllimədənböyük pedoqoji qabiliyyət tələb edirdi.O da bu işin öhtəsindən layiqincə gəldi.

2003-cü ildən təlim-tərbiyəişləri üzrə direktor müavini vəzifəsinə təyin olunur.Hazırda gənc nəslin təlim-tərbiyəsiuğrunda həvəslə çalışır.

O,öz işini bilən tələbkar,ciddimüəllim və pedaqoq olmaqla bərabər həm də sadə,qayğıkeş bir insandır.Qəsəbəni,onun adamlarını yaxşı tanıdığından hamıya fərdi yanaşır.Öz səmimiyyəti iləşagirdlərlə tez bir zamanda ünsiyyət qurmağı bacarır.Dərs dediyi şagirdlərdən,onlarınvalideynlərindən və ya ailə üzvlərindən xəstələnən olanda hökmən onlara baş çəkir,qayğısını,köməyiniəsirgəmir.

Dilarə müəllimə zəhmətkeşliyiilə hamıdan seçilir.Qəsəbənin xeyir-şərində,ictimai işlərdə həmişə öndə olur.Ondaəsl ziyalı xüsusiyyətləri var, qəsəbəmizin,məktəbimizin tanınan simalarındanbiri olmaqla yanaşı, o, həm də gözəl anadır.İki oğlu bir qızı və beş nəvəsi var.Oğlu Ceyhun və qızı Lalə tibb sahəsində çalışırlar.Nail isə başqa sahədəçalışır.Gəlni Elmira onunla bir məktəbdə işləyir.

Bu il Dilarə müəllimin60 yaşı tamam olur.Ömrünüz uzun, canınızsağ olsun əziz müəllimimiz!Arzu edirik ki, növbəti 80,100 illik yubileylərinizətoplaşaq,insan həyatıtının ən kövrək,ən qayğısız illərini sizinlə birlikdəxatırlayaq.

Rəfiqə Məmmədqızı

Quba, Zərdabi qəsəbə tam orta məktəbinin müəllimi