Zidanın oğlu antiqəhrəmana çevrildi
İspaniyanın "Real Madrid" klubunun baş məşqçisi Zinəddin Zidanın böyük oğlu Enzo Fernandes antiqəhrəmana çevrilib.
"Kral klubu"nun əvəzedici komandasında çıxış edən 21 yaşlı yarımmüdafiəçi Sequnda B-də XXX turun "Atletiko" ilə oyununda penaltidən yararlana bilməyib. Fernandes 14-cü dəqiqədə şansını qaçırıb. Görüşün sonlarında isə o, ikinci sarı vərəqəni alaraq, meydandan qovulub. Görüş "Atletiko"nun qələbəsi ilə yekunlaşıb - 2:1.
Qeyd edək ki, Enzo Fernandes "Real Madrid"in əsas komandasında cəmi 1 dəfə forma geyinib. O, İspaniya Kubokunun 1/16 finalında "Kultural Leones"i 6:1 hesabı ilə yendikləri matçda meydana daxil olub və 1 qol vurub.
Digər Xəbərlər
03 May 2024 11:10
Messi aprel ayının ən yaxşı futbolçusu seçildi
03 May 2024 09:57Maradonanın övladları futbolçunun qalıqlarının köçürülməsini istəyiblər
01 May 2024 15:38Çempionlar Liqasında qaydalar: “Real Madrid” Arda Güleri başqa klublara transfer edə bilməyəcək?
30 Aprel 2024 19:22Azərbaycan millisi Rumıniya ilə üz-üzə
30 Aprel 2024 15:37