adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
20 Sentyabr 2017 14:11
17709
ƏDƏBİYYAT

ZEYNİN TOYU

Sudan yazıçısı Tayib Salih (1929-2009)XX əsr ərəb ədəbiyyatının məşhur nümayəndələrindən biridir). Onun tematiktrilogiya hesab edilən "Zeynin toyu”, "Quzeyə köç mövsümü” və "Bender şah” əsərləridünyanın bir çox dillərinə tərcümə olunub və böyük rəğbət qazanıb. MehmanCavadoğlu bu əsərləri Azərbaycan dilinə tərcümə edib. Adalet.az həmin tərcümədənbəzi parçaları öz oxucularına təqdim edir.

Bir il ərzində kənddə baş vermiş bütün möcüzəlihadisələr imama güclü təsir eləmişdi. Kənd camaatının fikrinə görə o çoxinadkar, zəhlətökən və zəvzək adam idi. Ürəyinin dərinliyində hamı ona nifrəteləyir, onu kənddə faydalı, düz-əməlli işlə məşğul olmayan yeganə adamsayırdılar. Torpaq əkib-becərmir, ticarətlə məşğul olmurdu. Yeniyetmə uşaqlaradərs deməklə dolanırdı. Bundan ötrü hər evdən, həyətdən ona xərac ödənilirdiki, camaat da bunu canını dişlərinə tutaraq verirdi. İmamın obrazı insanlarıngözündə hörümçək kimi əski, köhnə şeylərlə assosasiya olunurdu. Adı gələndəadamın yadına elə şeylər düşürdü ki, xatırlamasan yaxışıydı: dəfn, axirətdünyası, namaz. Adını eşidən hər kəs hansısa yaxın bir adamının ölümünü, ya daqış dövründəki namazı xatırlayırdı: ayaqları soyuq suyla yumaq, isti yataqdanşaxtanın ağuşuna tullanmaq, tutqun sübh qaranlığında məscidə sürünmək. Br-r! Əgərsən məscidə həqiqətən də dua etməyə, namaz qılmağa gedirsənsə, onda hələ dərdyarıdır. Yox əgər, deyək ki, Məhcub, Əbdül-Hafiz, Əhməd İsmayıl, Ət-Tahir ər-Rəvvasivə ya Həməd Vad ər-Rəis kimi namaz qılmayan "dikbaş”lardan birisənsə, onda sənisanki oğrun-oğrun qonşunun arvadına göz qoyan adam kimi hər səhər qarışıq, həyəcanlıhisslər bürüyür. Məhcubdan imam barədə soruşsan deyəcək: "Çətin adamdır. Oturubkəlmə kəsmək mümkün deyil”. Bu o deməkdir ki, onlara tay adam deyil, ona başqoşmağa, vaxt ayırmağa dəyməz. Onu nə əkin-biçin, nə əkinçilər, nə suvarmaqaydaları, nə gübrə, nə məhsul yığımı, nə də məhsulun özü maraqlandırırdı. Qətiyyənvecinə deyildi ki, Əbdül-Hafizin qarpız sahəsində məhsul var, ya yox, Vad ər-Rəisinbostanındakı qarpız kiçikdir, yoxsa iri? Lobyanın bir ərdəbi[1]bazarda neçəyədir. Soğanın qiyməti düşdümü. Xurma ağaclarında tozlanma niyəgecikir. Bu cür işlərdən qətiyyən başı çıxmır və onlara baş qoşmaqdan zəhləsigedirdi. Ancaq onun da maraq dairəsində olan xeyli məsələlər var idi ki, bunlarkənddə çox az adamı maraqlandırırdı. O, radio və qəzetlərdəki yenilikləri izləyir,müharibənin olub-olmayacağıyla bağlı mübahisə eləməyi sevirdi. Ruslar güclüdür,yoxsa Amerikalılar. Nehru nə dedi, Tito nə danışdı. Kənddəkilərsə daha çox özgündəlik işləriylə məşğul olan adamlar idilər, ümumi problemlər onları ilgiləndirmirdi.Bax, kənd camaatıyla imamın arasında yaranmış kəskin uçurumun əsas səbəbi də eləbudur: həyata fərqli baxış. Adamlar imamı sevməsə də, daim ona ehtiyac duyduqlarınıetiraf edirdilər. Məsələn, onun biliyini qiymətləndirirdilər. Zarafat deyil,adam ömrünün on ilini əl-Əzhar universitetində keçirib. Kimsə deyir: "İmamişsiz-gücsüz oturub” – dərhal da əlavə edirdi: "Ancaq, allaha şükürlər olsunki, dilli-dilavərdir. Moizələrdə qiyamət günü və məhşər, cənnət və cəhənnəm atəşi,allah yolundan azmaq və tövbə haqqında öz təmtəraqlı, gurultulu nitqiyləcamaatın ürəyinə od salaraq onlardan intiqamını alırdı. Bu nitq adamın canına zəhərkimi yayılırdı. Cümə namazından sonra məsciddən tutqun, bulanıq baxışlarlaçlxan adama elə gəlirdi ki, sanki həyat dayanıb. Öz bağındakı xurma ağaclarınınhərəsi bir cür cücərib. Baxırsan ki, ağacdır, vəssalam – adamın içində başqaheç bir təəssürat yaranmır. Hiss eləyir ki, özü qarışıq ətrafdakı hər şeyyalnız tamaşadır, sevincli-kədərli bütün həyatı axirət dünyasına aparan körpüdənbaşqa bir şey deyil. Adam ani olaraq dayanır və özündən soruşur: bəs mən özümbu axirət dünyasına necə hazırlaşmışam? Ancaq bir müddətdən sonra onun beyni yenədə bu dünyanın qayğılarıyla dolur, tez, gözlədiyindən də xeyli tez bir vaxt ərzindəaxirət lövhələri gözlərinin qabağından çəkilir, hər şey öz axarına düşür. Duruböz sahəsinə baxır və qəlbi ona var olmaq gücü verən əvvəlki sevinc hissləriylədolur. Bununla belə, əksər insanlar fikrən yenə də onun yanına qayıdır, yenə dəöz qəlblərində həmin qarışıq, ziddiyyətli hissləri yaşayırlar. İnsanlar onunyanına səsinə görə qayıdırlar – moizə vaxtı güclü, aydın, Quran oxuyarkən zərif,avazla, ölənlərin ruhuna dua edərkən təmtəraqla, kəbin kəsərkən məsələnin məğzinəvaran və qətiyyətlə səslənən səsinə görə. Onun elə həqarətli, ötkəm baxışlarıvar ki, sanki adamı vurur, inamını alıb özüylə aparır. Adam deyil, qəbirstanlıqdakıqübbəli məqbərədir.

İmama münasibətdə bütün kənd kəskin şəkildəmüxtəlif düşərgələrə və qruplara ayrılıb. Heç kim onu adıyla çəğırmırdı, sankiadam deyildi, müəssisə idi. Nuamanın atası hacı İbrahim başda olmaqla hörmətlivə ahıl adamlardan ibarət düşərgəyə mənsub olanlar imama iltifatla yanaşırdılar– doğrudur, azacıq şübhə toxumu səpilmiş bir iltifatla. Məsciddəki bütünnamazlara qatılan bu adamların üzlərindən də hiss olunurdu ki, imamın söylədiklərinibaşa düşürlər. Hər cümə namazından sonra növbəylə imamı nahara dəvət edirdilər.Ramazan ayının axırında ona bayram hədiyyəsi və biş-düş gətirir, qurbanbayramında canavar dərisi hədiyyə edirdilər. Əgər həmin vaxt kim oğluna, ya daqızına toy edirdisə pul və ya pal-paltardan, ayaqqabıdan nəsə bir şey verirdi.Ancaq İbrahim Od-Taha adlı yetmiş yaşlı bir nəfər istisnaydı. O bu ahıllarqrupuna qoşulmurdu, nə namaz qılır, nə oruc tutur, nə də nəzir-niyaz verirdi,ümumiyyətlə, imamı saya saymırdı.

Yaşı iyirmidən aşağı olan başqa bir dəstəimama qatı nifrət bəsləyirdi. Onların arasında hələ məktəbdə oxuyanlar da, kənddənharasa çıxıb getmiş və bir müddət sonra geri dönmüş, bir sözlə, görüb götürmüşlərdə, sadəcə olaraq, qəlbləri qızğın həyat eşqiylə çırpınan və bu səbəbdən daimölüm haqqında danışan birisini həzm eləyə bilməyənlər də var idi. Hamısı yagizli şərab içən və gecələr kəndin kənarındakı əxlaqsızlıq vahəsinə baş çəkən dəlisovlar,ya dialektik materializm haqqında oxumuş və yaxud eşitmiş savadlı adamlar idilər.Bəziləri üsyankar təbiətlərinə görə itaətsizlik göstərir, bəziləri də qışınsoyuğunda dəstamaz almağa tənbəllik edirdilər. Ən qəribəsi də buydu ki, həminqrupa yaşı yetmişi ötsə də, hələ də şeir yazmaqdan əl çəkməmiş İbrahim Od-Tahabaşçılıq edirdi.

Üçüncü dəstə Məhcub, Əbdül-Hafiz, Ət-Tahirər-Rəvvasi, Abd əc-Səməd, Həməd Vad ər-Rəis, Əhməd İsmayıl və Səiddən ibarətolan ən nüfuzlu qrup idi. İyirmi yaşlı Əhməd İsmayıl istisna olmaqla hamısınınyaşı təxminən eyniydi – otuz beş-qırx arası. Əhməd İsmayıl yaşca xeyli balacaolsa da, məsuliyyət hissi və düşüncə tərzinin yaxınlığına görə onlarlaoturub-dururdu. Bu adamlar öz təsir gücünə görə kəndin əsl sahibləriydilər. Hərbiri başqalarından daha böyük torpaq sahəsi əkib-becərir, geniş ticarətlə məşğulolurdu. Hər biri arvad-uşaq sahibiydi. Kəndin bütün vacib, məsuliyyətli işlərininbaşında onlar dururdu. Toyları onlar keçirdir, yasları onlar təşkil eləyirlər.Meyiti yuyur, qəbristanlığa aparır, dəfn edirlər. Qəbir qazır, su çıxardır, mərhumuqəbrə qoyur, üstünü torpaqlayırlar. Bundan sonra matəm xalçasının üstndə durubbaşsağlığı qəbul edir, adamlara bir fincan acı kofe verirlər. Nil daşanda,güclü daşqın hər yanı basanda suyun qabağına bənd çəkir, gecələr əllərində fənərgəzir, əkin sahələrinə baş çəkir, sel və daşqının vurduğu ziyanı qeyd edir,hesablayırlar. Hansısa bir qadın və ya qızın kiməsə abırsız baxışı haqqındaeşidəndə onunla ciddi söhbət eləyir, abrını verir, lazım gələndə kötəkləyirlər.Dəxli yoxdur, kimin qızıdır. Yad bir adamın axşam çağı kəndin ətrafındadolaşdığını eşidən kimi onu harda lazımdır orda da saxlayıb dərsini verirlər.Omda vergi yığmağa gəlir onunla danışığa başlayırlar: bu çoxdur, bu dahamünasibdir, busa, keçməz. Hansısa bir dövlət məmuru təsadüfən yolunu azaraq kəndəgəlib çıxırsa – onların işi-gücü elə bu cür yol azmaqdır! – həmun məmuruqarşılayır, salamlayır, bir dana, ya quzu kəsir, səhərlərsə özləri onunladanışır, mübahisə eləyir, hesablaşır və hər işi yoluna qoyurlar. Bir sözlə,başqa bir kimsəylə kəlmə kəsməyinə macal vermirlər. Kənddə məktəb, xəstəxanatikmək və aqrar kompleks yaratmaq məsələləri ortaya çıxanda da hər şeyi öz əllərinəaldılar. Podratçılar da, nəzarətçilər də, bütün işlərə birbaşa cavabdeh olankomissiya da özləridir. Ancaq nə etmək olar, imam onları xoşlamırdı.Xoşlamırdı, ancaq bilirdi ki, canı həmin dəstənin əlindədir. Axı, imamın məvacibinionlar verirdilər. Hər ayın axırında kənddən yığıb ödəyirdilər. Vacib və təciliiş dalınca kəndə gələn istənilən hökumət məmuru dərhal həmin dəstəni axtarırdı.Bilirdi ki, onlarla danışıb anlaşmasa işlərinin öhdəsindən gələ bilməyəcək. Ancaqhər bir hakimiyyət və nüfuz sahibi kimi onların da heç biri təkcə Səidin dükanıqarşısına yığışdıqları vaxtlar deyilsə, başqa heç yerdə öz şəxsi fikir vəmülahizələrini ucadan söyləmirdilər. Məsələn, götürək imamı. Hamısı onu şərinözü sayır, ancaq bunu dillərinin ucuna belə gətirmirdi, Məhcub demiş, "hörmət vəehtiram”larını qoruyub saxlayırdılar. Onlar ibadət eləmir, ən yaxşı haldaaralarından kimsə ayda bir dəfə günorta və ya axşam namazına gedir, sübhnamazına getməyəsə ərdəmləri çatmırdı. Özü də məscidə imamın xütbələrinə qulaqasmaq xətrinə yox, onun məvacibini verməkdən ötrü gedirdilər. Həm də məscidəgöz gəzdirirdilər ki, təmirlik bir iş var, ya yox.

Zeynsə özü təkbaşına ayrı bir qrup idi.O, vaxtının böyük hissəsini Məhcubun kampaniyasında keçirdirdi. Əslindəsəonların çiynində çox ağır bir yük idi. Üzləşdiyi bütün problemlərdə ona hayanolmağa, çətinliklərdən qorumağa çalışırdılar. Əgər başına bir iş gəlirdisə, bədbəxtliyəürcah olurdusa, dərhal dadına çatmağa tələsirdilər. Onu öz doğma anasından dayaxşı tanıyır, gözlərini üstündən çəkmir, qayğıylarını əsirgəmirdilər. OnlarZeyni, Zeyn də onları sevirdi. Ancaq imama münasibətdə Zeyn tam fərqli davanışsərgiləyirdi. Onunla kobud rəfar eləyir, uzaqdan görəndə yolunu dəyişirdi. Yəqinki, imam Zeynin nifrət elədiyi yeganə adam idi: onun hər hansı bir məclisdə,sadəcə olaraq, iştirakı Zeyni özündən çıxarmağa kifayət idi. İmamı görən kimi əhvalıkorlanır, qışqırır və onu düz sifətinəcə söyüb biabır edirdi. O, Zeynin qəzəbiniçox böyük səbr və təmkinlə həzm eləyir, yalnız bəzi hallarda deyirdi ki,adamlar onunla qeyri-adi insan kimi rəftar eləyə-eləyə tifili korlayıblar. Nəolsun ki, mömin və mürvətli zahidlə yaxınmış? Boş söz-söhbətdir, mövhumatdanbaşqa bir şey deyil. Uşaqlıqdan yaxşı tərbiyə alsaydı, hamı kimi normal böyüsəydi.Kim bilr, bəlkə də?..

Ancaq, deyəsən, bir dəfə Zeyn öz diqqətlinəzərlərini düz onun sifətinə zilləyərkən imamın canına üşütmə düşmüşdü. Hamıbilirdi ki, Zeyn əl-Hüneynin seçdiyi şəxsdir, o isə müqəddəs bir zahiddir,içində mənəvi bir işıq, ruhunda təlatüm olmayan bir adama heç nədən bu boydaetimad göstərməzdi.

Hər halda "Əl-Hüneyn ili”ndə çox şeylər dərbədəroldu, öz yerini dəyişdi, daha bundan o yanası yox idi. Seyfəddinin "satqınlığı”və yaxud "peşmançılığı”, "de görüm, sən hansı düşərgədənsən” kimi söz-söhbətlərbəzilərini zəiflətdi, bəzilərini gücləndirdi. Axı, Seyfəddin vahənin qəhrəmanı,onun sadiq döyüşçüsü və başçısıydı. O, qoca dindarların düşərgəsinə keçəndəkeçmiş dostlarının ürəyini qorxu hissi bürüdü.

Etiraf eləmək lazımdır ki, Seyfəddin zənginmiras sahibiydi və çox vaxt içki məclislərinin pulunu özü verirdi. "Vahədostları” öz abırsızlıqlarını ört-basdır etməkdən, kənd camaatının gözündənyayındırmaqdan ötrü onu çox vacib bir şirma hesab edirdilər. Hamı Seyfəddinin dərdiniçəkməklə, ona can yandırmaqla məşğul olduğu üçün onlara fikir verən yox idi.Bundan başqa, bəziləri onu əsl itaətsizlik və özbaşınalıq simvolu sayırdı.Ancaq o birdən-birə öz yolunu dəyişdi vəhamının ayaqları altında yer silkələndi. Üstəlik, Seyfəddin keçmiş dostlarınınbütün sirlərini bilirdi və bilgisindən onların özlərinə qarşı istifadə eləyərək,onların ən təhlükəli rəqiblərinə çevrildi. Seyfəddinin yanında olmaq imamın əl-qolunuaçdı. Axı, şər və pozğunluq simvolu saydığı vahə onun başlıca qayğısına, dərd-sərinəçevrilmişdi. Öz moizələrində çox nadir hallarda bu mövzudan yan keçirdi. İndi,yəni Seyfəddin düz yola qayıdandan sonra imamın moizələri daha da sərtləşmiş,ürəyinə əlavə təpər gəlmişdi. Seyfəddin onun dlində xeyirin şər üzərindəki mütləqtəntənəsinin nümunəsinə və rəmzinə çevrilmişdi. Yox, imam Seyfəddinin tövbə eləməsindəruhi-mənəvi aləmin hansısa gizli qanadının nümayəndəsi olan əl-Hüneynin başlıcarol oynaması fikrini yaxın belə buraxmırdı. İmam, ümumiyyətlə, bu "ruhi-mənəvialəmin gizli qanadı” deyilən bir nəsnənin özünü belə yerli-dibli qəbul eləmirdi.

Mərkəzçi düşərgənin nümayəndələri – Məhcubundəstəsi bu məsələdən o qədər də narahat deyildilər. Onlar vahəyə də, yeri gəlmişkən,elə imamın özünə də allah verən dərd, bəla kim baxır, əgər bəzi kənd cavanlarıhəddindən çox içib başlarını itirməsələr, buna xüsusi əhəmiyyət vermirdilər. Təkiorda baş verənlər həyatın təbii axarına təsir eləməsin. Onlar yalnız hansısa sərxoşdəliqanlının kənddə bir qadına ilişdiyini, yaxud hər hansı kişinin üstünə hücumçəkdiyini eşidəndə işə qarışırdılar. Bu zaman imamın üsullarından xeyli fərqlənənöz xüsusi metodlarına əl atırdılar. Kəndin qalan sakinləri onların vahənidağıtmaq cəhdlərini dəstəkləsələr də, daha bunu imam kimi xeyirlə şərin əbədimübarizəsinin sübutu saymırdılar. Bu yuvanın uçurdulması, ordakıların pərən-pərənsalınması, sadəcə olaraq, onların canlarını lazımsız qayğılardan qurtarır, vəssalam.

Nəsə. Əsas məsələ odur ki, imam Seyfəddinəgörə çox məmnun idi. Öz moizələrində onun adını çəkirdi. Elə danışırdı ki,sanki yalnız ona müraciət eləyirdi. Məscidə əl-ələ tutub bir yerdə girir, əl-ələdə ordan çıxırdılar. Əhməd İsmayıl onların yanaşı addımladığını görüb Məhcubadedi: "Bədəvi imamın qulluğundadır”

Zeynin hacı İbrahimin qızı Nuamaya evlənməsiylə bağlı imamın öz xüsusifikri var idi...

Məhcub Səidin dükanına girib qəpiyistolun üstünə qoydu. Səid dinmədən pulu götürdü və rəfdən bir qutu matros[2]siqaretini əlinə alıb xırda mis pulla birlikdə Məhcubun ovcuna qoydu. O,siqareti yandırdı, bir-iki qullab sümürərək gözlərini səmaya doğru qaldırdı,qarşısına əkinə yararsız qumlu səhra çıxmış adam kimi duruxdu. Key-key dilləndi:

-Pleyadalar[3]dağılıb... Biçin yaxınlaşır.

Səid paçkaları yeşiklərdən çıxdardıb rəflərədüzməklə məşğul idi. Məhcub bir neçə addım irəli atıb dükanın qarşısındaoturdu. Oturacaqda yox, düz qumun üstündə, fənərin işığının yalnız dilininucuyla çatdığı öz sevimli yerlərində. Hamısını birdən ağız-ağıza veribgülüşdükləri vaxtlarda işıq və kölgə növbəylə gah birinin, gah digərinin alnınaqonaraq elə rəqs eləyirdi ki, elə bil dənizin dalğalarına baş vururdular. Birmüddət keçmiş adəti üzrə yorğun adamlar kimi ayaqlarını yalandan sürüyə-sürüyəƏhməd İsmayıl gəldi və dinməz-söyləməz Məhcubun yanında qumun üstünə sərildi.Sonra Əbdül-Hafiz və Həməd Vad ər-Rəis gülə-gülə yaxınlaşdılar, salam-kəlamsızkeçib oturdular, onlar da gostlarının nəyə güldükləriylə qətiyyənmaraqlanmadılar. Bu dəstənin üzvləri arasında belə davranış tərzi adi hal idi.Heç bir sualsız-filansız bir-birinə baxan kimi beyinlərində dolaşanlarıbilirdilər. Məhcub yerə tüpürüb dedi:

- Səid Sovanın məsələsini eşitmisiz?

Əhməd İsmayıl qarnı üstə döndü, sanki quma müraciəteləyimiş kimi dedi:

-Arvad, deyəsən, ondan boşanmaq istəyir.

Əbdül-Hafiz güldü və Səid Sovanınarvadının göz yaşları içində sahədə onun yanına gəlib boşanmaq istədiyini deməsinidostlarına nəql elədi. Soruşdum niyə, dedi ki, keçən gecə Səid onu acılayıb,"leş” adlandırıb, deyib ki, başqa arvadlar kimi ətirlənmirsən, üz-gözünüboyamırsan. Arvad da eləməyib tənbəllik, cavabını verib, o da sifətinə bir şilləvuraraq deyib: get, inspektorun qızlarından öyrən...

Bu vaxt Ət-Tahir ər-Rəvvasi gəldi, işıqsüası düşməyən yerdə, qum təpəsinin arxasında yerini rahatlayıb oturdu.

-Bəlkə inspektora deyək onu qızlarınınbiriylə evləndirsin?

Əbdül-Hafiz bu sözləri sanki eşitməmişkimi davam elədi: qadını sakitləşdirdim, evə yola saldım, söz verdim ki, gəlibonlara baş çəkəcəm, Səidlə danışacam. Həqiqətən, günorta onlara getdim. Ancaqçöl qapıda ləngidim, bağlıydı. Qulaq asdım, gördüm, Səidin qaqqıltısı gəlir, Səidarvadıyla şənlənir, oynayır, gülür. Eşidirəm ki, sanki qulaqlarını dişləyə-dişləyəarvadına deyir: ağla, bacıcığım, ağla!..

Bu yerdə hamısı birdən uğunub özlərindəngetdi. Hərəsi özünə məxsus tərzdə gülürdü: Əhməd İsmayıl mırıltıyyla, Məhcubdilini marçldadaraq gülürdü. Əbdül-Hafiz uşaq kimi axıb gedirdi. Həməd Vad ər-Rəisbütün bədəniylə qıvrılır və ayaqlarını açlb-yumurdu. Ət-Tahir Ər-Rəvvasi güləndəiki əliylə başından tuturdu. Səidsə dükanda fırlanırdı, onun gülüşü mişar səsinəoxşayırdı, sanki odun mişarlayırdı.

-Ah, – Məhcub deyir. – Bu istidə o necə!..

Bax, onların söhbəti belə gedirdi. Fasilələrlə,müvəqqəti susqunluqla. Ancaq pauza elə -belə, boş yerdən yaranmırdı, pauza əslindəsöhbətin davamıydı. Kimsə qırıq bir ifadə söyləyirdi: "... o başa düşmür”. Obiri araya söz qatırdı: "Fərsizin biri hakim kürsüsünü tutub”. Üçüncüsü əlavəedirdi: "Çoxdan sizə deyirdilər ki, onu komissiyadan qovun, yoxsa...” Birbaşqası yekun vururdu: "Allahın köməkliyilə onun axırıncı ili olar”. Yanlarındakənar birisi olanda nədən söhbət getdiyini heç cür anlaya bilmir. Bu artıqonların fəndidir: elə danışırlar ki, sanki bərkdən düşünürlər, sanki başlarıbir ahənglə işləyir, sanki hamısı birlikdə böyük bir beyindir. Belə bir yeknəsək,darıxdırıcı söhbət gedir. Kimsə sözgəlişi hamısının təxəyyülünə hakim kəsilənhansısa ifadəni, ya olayı xatırladır qəfildən həyat oyanır, sanki samanlıqdakıqığılcım kimi alışırdı. Arxaya gərilib mürgüləyənlər dərhal bellərini düzəldir.Başqası özünü sahmana salaraq əlləriylə dizlərini tutur. Üçüncüsü bir az yaxınagəlir. Səid dükadan çıxır. Bir də görürsən ki, hamısı bir yerə cəmlənib,yanbayan dayanıb, sanki hansısa mərkəzə, hamısının beynində olan nəyəsə doğruaxışaraq, bir-birlərinə qovuşub. Məhcub qabağa əyilir, Əhməd İsmayılınbarmaqları quma sancılır, Vad ər-Rəis ovuclarıyla boynunu sıxır... Budur, həminan çatır və onlar sanki dalğaların qoynunda çimirlərmiş kimi işıq və kölgəoyununda görünməyə başlayırlar. Səslər cingildəyir, mübahisə qızışır, sözçaxmaq daşından qopan qığılcım kimi ətrafa sıçrayır, cümlələr qırılır, hamısı tələsir,bir ağızdan qışqırırlar. Bu vaxt yad bir adam onları görsə, elə bilər ki,hansısa ədəbsizin, qanacaqsızın biridirlər... Elə onları bu cür fərqlivaxtlarda və məqamlarda görükləri üçün adamların onlar haqqındakı fikirləri dəmüxtəlifdir... Kənddə bəziləri, məsələn, bütün söhbətləri yalnız "ah”, "oh”,"artıq”, "yox e” və s. bu kimi nidalardan ibarət olan anlarda təsadüfən gəlibüstlərinə çıxanlar onları qaradinməz, azdanışan hesab eləyirlər. Bəziləri də uşaq kimi "güləyən” adlandırırlar, çünki məhzbu cür qəhqəhə çəkən vaxtda rastlarına çıxıblar. Taygöz Musa and içir ki, Məhcubbazara çatana kimi – bu, eşşəklə tam iki saatlıq yol deməkdir – onunla yoldaşıolub və bütün yol boyu ağzını açıb bir kəlmə də danışmayıb! Kənar adamlarınyanında özlərini əli-qolu bağlı hiss elədikləri üçün yanlarında yad adamlarınolmasını xoşlamırlar. Odur ki, camaat onların məclisindən qaçır. Zahirən adamaelə gəlir ki, xasiyyət və davranışları baxımından hamısı bir-biriylə əkizdir,ancaq uzun müddət ünsiyyətdə olarkən başa düşürsən ki, dostların xeyli fərqli cəhətlərivar və bu fərqli cəhətlər hər birinin özünəməxsus xarakter sahibi olduğunu göstərir.Əhməd İsmayıl yaşına görə hamısıdan daha çox şənlənməyə meyillidir və odur ki,hər hansı bir tədbirdə bir az çox içəndə, nəyinsə şitini çıxardanda sən deyən,sıxılıb-eləmir.Toyda hamıdan yaxşı rəqs eləyir.Əbdül-Hafiz adamlara, xüsusilə özləri kimi dəstə, güruh halında yaşamayanadamlara qarşı çox diqqətliydi. Onlar özləri, bəzən də camaat müxtəlif düşərgələrəbölünmüş qrupları məhz "güruh” adlandırırdı. Kiminsə evlənməsi, kiminsəatasının ölməsi, kəndin ucqar tərəflərində, digər başında yaşayanlardan kiminsəuzun səfərdən qayıtması xəbərini dostlarına birinci o çatdırırdı. Sonra hamısıbir qayda olaraq dəstə halında ya təbrikə, ya da başsağlığı verməyəyollanırdı. Bəzənsə, təklikdə məscidəgedir və bunu yoldaşlarından gizlətməyə çalışırdı. Ət-Tarix ər-Rəvvasi tezözündən çıxandır, özünün dediyi kimi "ehtiyac yarananda” hamıdan tez dəyənəyə əlatır və ya bıçaqdan yapışır.Səid hakimlər və rəislərlə hamısından yaxşı çənədöyməyi, höcətləşməyi bacarır. Qanunpərəstdir. Həməd vad ər-Rəisin qulağıqalmaqallı xəbərlərə qarşı çox həssasdır. O həmin xəbərləri kəndinkünc-bucaqlarından toplayır, dostlarla bir yerə yığışdıqları məclislərdə zamanıyetişən anl açıb söyləyirdi. Məhcub onların arasında ən ciddi və bişmiş adamidi. Üstünü qalın qum basmış bir qaya idi: dərin qazsan çata bilərsən. Onun mətinliyiağır dəqiqələrdə üzə çıxır. Belə vaxtlarda həm də yol göstərən olur, rəhbərəçevrilir. O əmr eləyir, qalanları yerinə yetirir. Bir dəfə mərkəzdən təzə inspektor gəlmişdi vəonlar həmin inspektorla iki dəfə görüşmüşdülər. Danışdılar, dartışdılar və özaralarında qərara gəldilər: yaramır. Bir aydan sonra iş dalana dirəndi,inspektor kiməsə şikayət edibmiş ki, guya Məhcubun dəstəsi kənddə hamını ələalıb: xəstəxanada da, məktəb komissiyasında da, aqrar kompleks komitəsində dəancaq onların adamları oturub. İnspektorun belə bir sözü də qulaqlarınaçatmışdı: "Məgər bu kənddə həmin guruhun üzvülərindən başqa adam yoxdur?” Özaralarında məsləhətləşdilər və barışmaq qərarına gəlmişdilər ki, kimsə istefaverməyi təklif elədi. Yalnız Məhcub bu təklifə belə münüsibət bildirdi: "Adambir yerdən başqa yerə getsə heç nə olmaz”. Bir ay keçmədi ki, inspektoru geriçağırdılar, yerinə başqasını göndərdilər. Bu necə baş verdi? Belə... Deməli, bədayaqda Məhcubun hansısa təsirli üsulları varmış.

Zeyn var səsilə söyməyə başlayanda onlargülüşdülər:

-Ağıldan kəm! Eşşək oğlu!

O yaxınlaşdı və dostlara çataçarda bir dəqiqəlikyerində donub qaldı: ayaqlarını araladı, əllərini yanına saldı. Bu vaxt bədənininyuxarı hissəsi işıqlandı, gözlərinə çökmüş qızartını hamı gördü.

-Xortdan kimi nə başımızın üstünü kəsdirmisən?– Ət-Tarix ər-Rəvvasi dedi. – Qanımızı içməyə hazırlaşırsan? Ya otur, ya da rəddol!

-Zen bu gün sərxoş olmalıdı, – bunu daƏhməd İsmayıl dedi.

-Otur, nəfəsini dər! – Əbdül Hafizyanlarında ona yer göstərdi.

-Deyirlər, bu gün omdanın çəpərinədırmaşıb, – deyə Həməd Vad ər-Rəis onu zəhərlədi. – Görən, nə istəyirmış? Axı,o, qızını artıq ərə verib?

Zeyn Əbdül Hafizdən siqaret götürüb, kəlmədə kəsmədən oturdu, əsəbi halda hıqqanmağa başladı. Ət-Tarix ər-Rəvvasi özünüsaxlaya bilmədi və güldü:

-Elə yox, kömürbasan! Sümür və içəridart. Öyrənmək lazımdır, səfeh! Çəkməyi bacarmırsansa, siqareti niyəkorlayırsan? Tüstünü bax, belə sümür. Elə bil əmirsən.

Zeyn, nəhayət, tüstünü içəri almağıbacardı, yanaqları şişdi və ağzından qatı duman buraxdı: duman bir an havadadonub durdu, sonra nazik burumlarla havaya dağıldı və bir hissəsi gecənin zülmətinəqarışıb qaranlıqda yox oldu. Quz qəbiləsindən olan bir bədəvi dükana tərəf gəldi.Səid ona xıdmət göstərməkçün yerindən qalxdı.

-Beşratl[4] qənd,yarım ratl çay, – deyə onlar dükandan gələn səsi eşitdilər.

-Bu ərəblər qazandıqları bütün kırşları qənd-çayaverirlər. – Əhməd İsmayıl dilləndi.

Bu vaxt Zeyn Səidə tərəf qışqırdı:

-Arvadına de, tünd südlü çay dəmləsin.Mütləq tünd olsun.

-Baş üstə, başçı – deyə Səid cavabverdi. – Səninçün tünd, südlü çay düzəldərik.

-O, başını dükandan içəri həyətə açılanpəncərəyə soxub əmr elədi:

-Tez bizim başçı üçün tünd, südlü çayhazırla!

Zen cana gəldi, səsi gümrahlaşdı:

-Mən kəndimizdə ən qoçaq kişiyəm, elədeyil?

-Əlbəttə, – deyə ət-Tahir sözləriuzada-uzada dedi.

-Bəs niyə bu eşşək oğlu gedib mənimdayıma deyir ki, Zen toyluq kişi deyil.

-Xaricilər bicliyi daha yaxşı bacarır.Belə bəlağətli ifadəni hardan tapıb? "Toyluq kişi deyil”!

-İmam səni qısqanır, – Vad ər-Rəis dedi.– Özünün ona meyli var.

-O mənim dayım qızıdır, ya yox? Qoy,gedib özünə qızı olan dayı tapsın! – deyə Zeyn qışqırdı.

-Növbəti cümə axşamı kəbin kəsiləcək – Məhcubqətiyyətlə dedi. – Bundan sonra, necə deyərlər, əlvida, rəqslər, dava-şava,boşboğazlıq. Eşıtdin, yoxsa yox?

Zeyn danışmağa söz tapmadı, susdu.

-Bunu sənə kim dedi? – deyə Ət-Tarix ət-Rəvvasisoruşdu.

-Qız özü dedi, – Zeyn cavabındadonquldadı.

Məhcub yarımuzanmış vəziyyətdəydi.Ayaqlarını quma uzadaraq sağ qolu üstə dirsəklənmişdi. Bu kəlməni eşidər-eşitməzyerindən dik atıldı və qəddini düzəltdi:

-O özü dedi?!

-Aha. Səhər tezdən bizə evə gəlmişdi.Anamın yanında mənə dedi: cümə axşamı bizi evləndirəcəklər. Biz ər-arvadolacağıq. Bir evdə, birlikdə yaşayacağıq.

Heyrətdən Məchubun gözləri bərəldi vəhəyəcandan səsi titrəyə-titrəyə bərkdən qışqırdı:

- Hələ bir arvada bax! Sən bir fikirver! And içirəm ki, əgər onun bacısı olsaydı mütləq arvadı boşayardım!

Sonra o, əlində çay gətirən Səidinüstünə atıldı:

-Eşitdin? Sən eşitdin, ya yox? Qız gedibözü ona deyib!

-Qız böyük ağıl sahibidir... Həqiqətən,bizim yaradanın gücü əlçatmazdır – deyə Səid bildirdi.

Hamı susdu. Yalnız Məhcub həyəcandanovcuyla bir neçə dəfə budlarını döyəclədi. Sonra baxışlarını sağa-sola yönəldərəkyenidən təşviş və şövqlə danışmağa başladı:

-Allaha and olsun ki, qız bədəni bərkxamır kimidir – ələ yapışmaz!

Zeyn həmişəki kimi səs-küy sala-sala,ağzını marçıldadaraq çayını içirdi. Birdən stəkanı bir kənara qoyub güldü:

-Məgər Əl-Hüneyn hamınızın qarşısında mənədemədimi ki, sabah sən kənddə ən yaxşı qızla evlənəcəksən? – O bunu dedi, sonrada toyda boğazlarını yırta-yırta bağıran, çığıran, qarıldayan qadınlar kimi vargücüylə qışqırdı: Urr-ruk, a-damlar! kəndçilər, boğ-ul-anlar! Zen-i bağladılar!Onu Nuama bağladı, hacı İbrahimin qızı Nuama bağladı!

O, qışqıra-qışqıra bunları dedi vəağzına su alıb susdu. Araya ölü bir sükut çökdü. Bu vaxt Seyfəddinin məscidinminarəsindən möminləri axşam namazına çağıran azan səsini eşitdilər. İmamındaha bir qələbəsi!

Dostların arasında yüngül bir canlanmabaşladı. Məhcub öskürdü, Əhməd İsmayıl qeyri-iradi olaraq ayaq barmaqlarını tərpətdi,Əbdül-Hafiz köks ötürdü, Ət-Tarix ər-Rəvvasisə yüngülcə arxaya çəkildi. "Şəhadətverirəm: allahdan başqa tanrı yoxdur”, deyə Səid müəzzinin ardınca burnununaltında donquldadı. Həməd Vad ər-Rəissə ovcunun içində olmayan qumu üfürürdü.

Azan səsi gələndə onlar məscidin həyətindədayanmış imamın çağırışını eşitdilər: "İbadətə gəlin! İbadətə gəlin!” – dostlaryerindən qalxıb şam eləmək üçün evə yollandılar. Yaxşı adamlar məsciddə birgənamaz qıldıqları kimi, onlar da Səidin dükanından düşən fənərin işığıyla kölgələnmişbol, dolu podnosların ətrafında əyləşib birlikdə şam edirdilər. Yola saldıqlarıiş günü ərzində dəfələrlə alnının tərini silən kişilərə xas bir iştah və ləzzətləyeyirdilər. Bu gün şama qızardılmış toyuq, gülxətmi şorbası, balaca küpədəbişirilmiş bamiya[5]var idi. Hər axşam onlardan hansısa biri ya bir quzu, ya da toğlu kəsirdi.Uşaqları daim əllərində dolu boşqablarla qaçıb gəlir, qabı yerə qoymağa macaltapmamış, baxırsan ki, bomboşdur.Axşamın bu çağı bütün günün zirvəsidir. Arvadları məhz buna görə səhərtezdən şər qarışana kimi çalışırılar. Onlara dərin mis kasalarda bulyon və enliyumru boşqablarda qovurma hazırlayır, yumşaq buğda çörəyiylə düyü və hamar dəmirtəbəqələr üstə bişirilmiş nazik şirin qoğal verirdilər. Balıq, ət, tərəvəz,soğan, bir sözlə, nə gəldi fərqinə varmadan içəri ötürürdülər. Bu zaman əzələlərigərilir, ağızlarını tam açıb qırıq-qırıq və kobud şəkildə danışırdılar.Hay-küylə yeyir, xırçaxırçla çeynəyirdilər. Suyu lortuldadırdılar. Bərkdən gəyirir,su bardağını acgözlüklə başlarına çəkib hörtdədir, sonra dodaqlarınıyalayırdılar. Bütün boşqablar boşalandan sonra çay gəlir, stəkanlara süzülür. Hərəyəbir siqaret yandırır, sümürür, ayaqlarını altlarından çıxardıb payəndazın üstünəsərilirdilər. Dostlar öz ibadətlərini başa çatdırır – şam yeməyini yeyibqurtarırdılar. Sonra elə rahat, elə inamla söhbət edirdilər ki, yəqin, imamınarxasındakı cərgədə çiyin-çiyinə dayanaraq gözlərini dualarının müstəcəb olduğuuzaqlara, tutqun işıq gələn müqəddəs nöqtələrə dikən ibadətçilər kimi məhrəm,xoş duyğular yaşayırdılar... Bu anlarda Məhcub yumşalır, dalğın baxışları lampaişığının qırıldığı, zülmətin başladığı solğun, qeyri-müəyyən yerlərdə süzürdü.İşığın sərhədləri hardadır? Qaranlıq necə çökür? Məhcub bu suallar qarşısındaelə dərin sükuta qərq olurdu ki, nə qədər çağırsan cavab verməyəcək. Belə dəqiqələrdəVad ər-Rəis bir kəlmə söyləyirdi: "Rəhmini bizdən əsirgəmə, allah! ..” Əhmədİsmayılsa başını yüngülcə çaya tərəf əyirdi – sanki ona qulaq asırdılar.Əbdül-Hafiz sakitlikdə barmaqlarını şaqqıldadlr, Ət-Tahir ər-Rəvvasi bütün sinəsiylədərindən nəfəs alıb deyirdi: "dayan zaman, bizi öz qanadlarına götür!...”

Bu vaxt onlar nə hiss eləyirdilər? Həminnöqtəyə yaxınlaşmaq? Yoxsa elə başa düşürdülər ki, bu nöqtə hardasa ortalarda qərartutmuş tutqun, ölü nöqtədir, həyatın qurtardığı, insanın yolunun bağlandığı biryerdir? Axı...



[1] 197.75 litrəbərabər ölçü vahidi.

[2] Qutunun üstündədənizçi şəkli olan "John Players”markalı ingilis siqareti.

[3] Ulduzların Buğa bürcünəyığılması.

[4]Ərəblərdəratl 450 qrama bərabər çəki vahidi.

[5]Bamiya – Əməköməci,balbay.


Yazının əvəllini BURADAN oxuya bilərsiniz