Zəruri seçki sənədlərinin DSK-ya təqdim edilməsinə başlanılır
Gələn həftə bələdiyyə seçkiləri ilə əlaqədar namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin dairə seçki komissiyasına təqdim edilməsinə başlanılır.
Adalet.az xəbər verir ki, bununla bağlı məsələ Mərkəzi Seçki Komissiyasının (MSK) təsdiq etdiyi "Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı"nda öz əksini tapıb.
Qeyd edilib ki, namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərini namizəd və ya onun səlahiyyətli nümayəndəsi, siyasi partiyanın və ya siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi DSK-ya təqdim edə bilər.
Seçki Məcəlləsinə əsasən, seçki sənədləri səsvermə gününə ən çoxu 50, ən azı 30 gün qalmış saat 18:00-dək təqdim edilməlidir.
Təqvim planında bu müddət 2024-cü il dekabrın 10-dan dekabrın 30-u saat 18.00-dək nəzərdə tutulub.
Xatırladaq ki, MSK-nın qərarına əsasən, növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib.
Digər Xəbərlər
22 Sentyabr 2026 12:38
Naqif Həmzəyev ETİRAZ ETDİ
22 Sentyabr 2026 12:37
İlham Əliyev Forum iştirakçılarına müraciət etdi
22 Sentyabr 2026 12:29
“Trampın çıxışının başqa bir hissəsi məsələni daha maraqlı edir”
22 Sentyabr 2026 12:03
Prezident müşavirə keçirdi - FOTOLAR
22 Sentyabr 2026 10:54
“İslam coğrafiyasında böyük bir anti-Qərb nifrəti...”
22 Sentyabr 2026 10:53
“Kreml sahibi bütün hallarda istədiyi nəticəni əldə edəcək”
22 Sentyabr 2026 09:04
”Daxili sabitliyin qorunması bütövlükdə cəmiyyətin məsuliyyətidir”
21 Sentyabr 2026 23:49


Bakı -°C

