Bəzi yollarda sürət həddi endirildi - YENİLƏNİB
Yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saata endirilib.
Adalet.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb
Bildirilib ki, bununla bağlı DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik edilib: "Eyni zamanda tablolarda "sürüşkən yol" işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir".
***
Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) yağışlı və qarlı hava şəraiti ilə bağlı sürücülərə müraciət edib.
Adalet.az xəbər verir ki, müraciətdə vətəndaşlara mümkün qədər avtomobildən istifadə etməmək tövsiyə olunub.
"Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən qarşıdakı günlərdə paytaxt ərazisində qar yağacağı, yolların buz bağlayacağı ehtimal edilir. Təbii ki, belə olan halda yol-nəqliyyat hadisələrinin baş verməsi və nəqliyyat sıxlığının yaranması qaçılmazdır. NİİM sürücülərə müraciət edərək bildirir ki, ilk növbədə mümkün qədər şəxsi avtomobildən istifadə edilməsin. Mərkəzin əməkdaşları tərəfindən 24 saat yollar nəzarətdə saxlanılacaq və sürücülərin təhlükəsizliyini təmin etmək məqsədilə zərurət olduqda bəzi yollarda sürət həddi endiriləcək, məlumat-sürət tablolarında “sürüşkən yol” işarəsi qoyulacaq", - müraciətdə bildirilib.
Vurğulanıb ki, yol-hərəkəti iştirakçılarının yollardakı vəziyyətlə bağlı məlumatlandırılması təmin ediləcək:
"Qəzalar baş verdikdə, texniki nasaz avtomobillər yolda qaldıqda və digər hallarda, dərhal gücləndirilmiş iş rejimində çalışan Mərkəzin əməkdaşları yol polisi ilə birgə tədbirlər görəcək. Sürücülərdən sürət həddinə əməl etməyi, ara məsafəsi saxlamağı xahiş edirik".
Digər Xəbərlər
02 Oktyabr 2026 18:21
Bu yollarda sıxlıq var - SİYAHI
01 Oktyabr 2026 09:58
FHN-dən elektrik doldurma qurğuları ilə bağlı - Müraciət
01 Oktyabr 2026 09:05
Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
29 Sentyabr 2026 16:58
Bu avtomobil nömrəsi 600 min manata satışa qoyuldu
29 Sentyabr 2026 10:45
Azərbaycanda bu maşınlar sürətlə azalır
29 Sentyabr 2026 10:03
“Çin istehsalı olan elektrik avtomobillərə yüksək tariflər tətbiq edirlər”
28 Sentyabr 2026 09:00
Bakının bu yollarında tıxac var - SİYAHI
22 Sentyabr 2026 14:04


Bakı -°C

