Zərif: “ABŞ-ın sanksiyalarına görə xaricdən peyvənd ala bilmirik”
ABŞ-ın iqtisadi sanksiyaları nəticəsində İran digər ölkələrdən peyvənd və dərman idxal edə bilmir.
Bunu İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif RT telekanalına verdiyi müsahibədə deyib.
“Əlbəttə ki, ABŞ-ın tətbiq etdiyi sanksiyalar və iqtisadi məhdudiyyətlər İrana əhəmiyyətli dərəcədə təsir edir. Ölkə xaricində kifayət qədər maddi vəsaitimiz var, amma ABŞ digər dövlətlərin bizə dərman satışına icazə vermir. Amerikalıların sanksiyaların humanitar sahələrə təsir etmədiyinə dair açıqlamaları yalandır”, - deyə C.Zərif bildirib.
İranın Xarici İşlər naziri ABŞ hökumətinin bu hərəkətlərini “tibbi terrorizm” adlandırıb.
Digər Xəbərlər
29 Aprel 2024 11:57
Gürcüstan parlamentində təhlükəsizlik tədbirləri gücləndirilib
29 Aprel 2024 09:43Tramp Baydeni ABŞ-ın ən yaramaz prezidenti hesab edir
29 Aprel 2024 09:42"Polşa ərazisində nüvə silahı yerləşdirilməsinə razılıq verib"
29 Aprel 2024 09:40Konservatorlar baş naziri vəzifəsindən kənarlsşdırmaq istəyirlər..?
28 Aprel 2024 22:10