adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
06 Aprel 2020 13:25
9529
MƏMLƏKƏT

Zərdabda xəstəxananın həyətini su basdı: İcra Hakimiyyəti təsdiqlədi, amma...

Zərdab Rayon Mərkəzi Xəstəxanasının həyətini su basıb.

Oxu.Azxəbər verir ki, bununla bağlı sosial şəbəkədə fotolar paylaşılıb.

Vətəndaşlar yağışlı hava şəraitindən asılı olaraq, beləvəziyyətin dəfələrlə müşahidə olunduğunu qeyd edirlər.

Məsələ ilə bağlı Zərdab Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. İcra Hakimiyyətindən bildirilibki, görüntülər ötən gün yağış yağandalentə alınıb:

"Təəssüf ki, ötən gün yağışlı hava şəraitinə görə, Zərdab Rayon Mərkəzi Xəstəxanasının həyətində yağış suları yığılıb. Bu, bir qədər çətinlik yaratsa da, tez bir zamanda problem aradan qaldırılıb”.

Məsələ ilə bağlı Zərdab Rayon Mərkəzi Xəstəxanası ilə - 02029-6-60-40 -telefon nömrəsilə əlaqəyaratdıq.

Özünü təqdim etmək istəməyənşəxs qeyri-etik üslubda "Nə lazımdır? Sualınızı verin!” desə də, o, sualımıza cavab verməkdən imtina edib. Yaranmış vəziyyətlə bağlı onun cavabı sadəcə, bu olub: "Xəstəxananın həyətini su basmayıb, olubsa da, artıq keçib gedib”.

Onu da qeyd edək ki, bizə verilən məlumata görə, əlaqə saxladığımıznömrə - 02029-6-60-40 -xəstəxananın qəbul şöbəsinin deyil, baş direktorunotağının nömrəsidir.