Zərdabda silah-sursat tapıldı
Zərdab Rayon Polis Şöbəsinə rayon ərazisində müxtəlif növ silah-sursat tapılması barədə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Adalet.az-a verilən məlumata görə, daxil olan məlumatla əlaqədar dərhal şöbə əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və ərazidən 1 ədəd avtomat, həmin silaha məxsus patron darağı və 20 ədəd patron aşkarlanaraq götürülüb.
Bundan əlavə, şöbə əməkdaşları tərəfindən qanunsuz saxlanılan silahların aşkarlanaraq götürülməsi və könüllü təhvil verilməsi istiqamətində aparılan profilaktiki tədbirlər nəticəsində 3 nəfər rayon sakinindən müvafiq sənədləri olmayan ov tüfəngləri götürülüb.
Faktlarla bağlı araşdırmalar aparılır.
Digər Xəbərlər
19 Fevral 2026 17:15
Kredit götürmək istədi - Dələduzların qurbanı oldu
19 Fevral 2026 15:18
Sosial şəbəkələrdə narkotik vasitələr satanlar tutuldu - VİDEO
19 Fevral 2026 13:15
Qohumunun evindən oğurluq edən şəxs saxlanılıb - VİDEO
19 Fevral 2026 11:31


Bakı -°C

