adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
27 Dekabr 2019 17:37
37786
ƏDƏBİYYAT

Zəngin təcrübə, tükənməz elmi potensial və fəaliyyət əzmi

Dünya mədəniyyəti içərisindəyeri olan Azərbaycan xalçası özünün məxsusi ornamentləri ilə fərqlənən sənətnümünəsidir. Belə ki, Azərbaycan xalq tətbiqi sənəti və onun bir qolu olanxalçaçılıq xalqın milli mədəniyyəti tarixində özünəməxsus yer tutur. Xalq sənətlərininən geniş yayılmış növü Azərbaycan xalqının məişətində özünə möhkəm yer tutmuş vəaz qala xalqın rəmzinə çevrilmiş xalça sənətidir. Azərbaycanın qədim xalçaçılıqsənətinin elm sahəsi kimi öyrənilməsi vəpeşəkar rəssamların yaradıcılığında müasir inkişafı yolunda bir çox ölməz sənətkarlarınadı keçir və xalçaçılıq sənətini elmibaxımdan araşdıran, bu haqda kitablar, məqalələr,tədris vəsaitləri dərc etdirənfədakar insanlardan biri də sənətşünaslıq elmlər doktoru Səidə Səlimzadədir.Onun "Nağıl İlmələr", "TəhsilNazirliyinin sifarişi ilə ali və orta ixtisas rəhsili müəssisələri üçünXalçaçılığın Texnalogiyası " dərs vəsaiti, "Səfəvi xalçaları,1-ci və2-ci hissələr" adlı tarixi -mədəni araşdırmaların nəticəsi olan dəyərlielmi əsərlərin, həmçinin, "Mənim ailəm" adlı şeirlər və "Uşaq aləmi" kitablarının müəllifidir. Bu nəşrlərdən başqa onun həm də 100-ə yaxınelmi-publisist məqalələri ölkənin müxtəlif mətbu orqanlarında, o cümlədən,xarici ölkələrdə də dərc olunan elmi -bədii jurnallarda 10-dan artıq elmi məqaləsiişıq üzü görüb. Səidə xanım fəal ictimaiyyətçi, YAP-ın üzvüdür. Seçkilərdə hərzaman aktiv iştirak edib, nümayəndə olub. "Qızıl Qələm" mediamükafatı laureatıdır. "Jurnalistlər Brliyinin" üzvü kimi müxtəlif ədəbi-bədii,ictimai-sosial tədbirlərin təşkilatçısıvə iştirakçısı olub.

Dəfələrlə yaxşı işinə görə Fəxri Diplomlarvə təşəkkürnamələrlə təltif olunub."Azərbaycan müəllimi", "Təhsil”, "Sənətkar”, "Təhsil problemləri","Respublika" və başqa qəzet, jurnallarda aktual problemlər, səmərəlitəklif və təşəbbüslərlə çıxış edib.



İlk iş təcrübəsinə Abşeron rayon 8 illik məktəbdərus dili müəllimi, eyni zamanda , pioner baş dəstə rəhbəri kimi çalışıb. Sonradanisə rəhbərlik təşəbbüskarlığını vəsəmərəli fəaliyyətini nəzərə alıb,Abşeron rayon Pioner və Məktəblilər Evinin direktoru vəzifəsinə irəli çəkiblər.Bir müddət burda işləyəndən sonra o zamanyeni istifadəyə verilən Sabunçu rayon Pioner və Məktəblilər Evinindirektoru vəzifəsinə göndərilib. Həminrayonda Rayon Komsomol Komitəsinin katibi vəzifəsində uzun illər çalışıb.Bir müddət Bakı şəhəri üzrə Peşə təhsili idarəsində müfəttiş kimi də işləyib.

1982-ci ilin fevral ayında 13 nömrəli Bakı Peşə Məktəbinədirektor təyin edilib. Səidə xanım 40 iləyaxın bu təhsil ocağında yorulmadan çalışıb.( Son illər yaş senzi iləbağlı təhsilimizin qızıl fondu sayılan təcrübəli pedaqoji kadrların bir nəfərkimi uzaqlaşdırılması zənnimcə səhv addımdır. Gənc nəsli təcrübəli insanlardanöyrənmək imkanından məhrum etmək bu sahənin inkişafını ləngidən prosesə çevriləcək.Bu baxımdan Səidə xanım kimi, zəngin təcrübəyə, mükəmməl fəaliyyət proqramınamalik, səhhəti və enerjisi qaydasındaolan elm fəadailərinin imkanlarından yararlanmamaq düz olmazdı )Bizimlə söhbətzamanı qeyd etdi ki, onun təqdimatına qədərbu tədris binası heç də təhsil reputasiyasına malik olmayıb. Bina bərbad vəziyyətdə imiş.

-Bu bina nə vaxt inşa olunmuşdu?

-Bu qədim tikili 19-cu əsrdəməscid olaraq inşa edilib. !920-ci ilin əvvəllərində, Azərbaycanda sovethakimiyyətinin qurulmasından sonra digər dini məbədlər kimi o da bağlanıb. Təkraraçılandan sonra müxtəlif təyinatlar üzrə fəaliyyət göstərib.Gah kitabxana, gah traktorların təmir olunduğu emalatxana, sonra isə əyirici- boyadıcı kombinat olub.1970-ci illərdə isə təmamilə baxımsız qalıb. İçərisi uçulub tökülüb, zibilqalıqları ilə dolub.



- Səidə Rza qızı Səlimzadə bu müəssisəyə təyinolunduğu günləri necə xatırlayır?

- 2-ci katib öz maşınını təklif edərəkbizi o binaya baxmağa göndərdi. Mən müfəttiş Elmira xanımla və Maştağa qəsəbə nümayəndəsi ilə birgə məktəb üçün nəzərdə tutulan həminbinaya baxmağa getdik. Tikilinin içinəayaq basmaq mümkün deyildi.Zibillərlə və yararsız köhnə əşyalarladolu idi. O an özümə yazığım gəldi. Fikirləşdimki, burada mən necə işləyəcəyəm? Bu xarabalığı məktəb halına salmaq üçün nə qədərzəhmət çəkmək lazımdır. Bu düşüncələrimdən az keçmədən xəcalət cəkdim. Özümə sual verdim ki, mən işləməyim , başqası işləməsin, bəs kim işləsinaxı? Mənim bu işin öhdəsindən gələcəyimə inanmasaydılar bura göndərməzdilər.İlk gündən özümə söz verdim ki, bu işin öhdəsindən gələcəyəm. Elə bu inamla daqollarımı çırmayıb həvəslə işə başladım.Bütün günü fikrim ancaq binanıyüksək səviyyədə təmir etdirib, yeni dərs gününədək məktəbi tam hazır vəziyyətəgətirmək idi. Təhsil Nazirliyi mailiyyəməbləği ayırmışdı. Lakin bu məbləğ çox az idi. Sovetlər dövründə təmir işləriüçün pul ayrılmasına nail olmaq həddindən artıq çətin idi. Orta ümumtəhsil vəpeşə məktəbləri təmir olunmaq üçün illərlə növbə gözləyirdilər.

-Bəs ilk addım kimi nədən başladınız?



-Mən öz gücümə, ilk növbədə məktəbə telefon xətti çəkdirdim. Bir çox təşkilatlarla əlaqə yaratdım. Bəzilərindənkömək də istədim. Katibin göstəriş vətapşırığı ilə bir çox müəssisə rəhbərləri bizə köməklik edirdilər. Öncə təmizlik işlərindən başladım. Çətin işdi, çünkiillər boyu baxımsız qalan bina başdan -başa zibil qalıqları ilə dolmuşdu.Təmizlik bitən kimi təmirə başladım. Az qala gecə -gündüz işin üstündəidim. Çünki məktəbin direktoru vəzifəsini qəbul edərkənmənə bildirdilər ki, sentiyabrayının 1-nə kimi məktəb tam hazır haldaşagirdlərin və müəllimlərin istifadəsinəverilməlidir. kollektivin üzvləri də az idi. Mən və direktor müaviniElyana Hüseynova ciddi şəkildə təmirə başladıq. Çox çətin idi. Lazım olan təmirmateriallarının biri tapılanda o biri tapılmırdı. Biz həmçinin,məktəbə şagirdlər də toplamalıydıq.Həmin il mən tez -tez Sumqayıt şəhərinə gedir, siniflər üçün döşəməyə linelium,aliminium qapı -pəncərə sifariş edib gətirirdim. O vaxtlar respublikaya taxta çox az gəlirdi.Buna görə də taxta materialların əvəzinə, Aliminium zavoduna aliminium pəncərələrsifariş verdim. Hətta mənə deyirdilər ki, Səidə xanım, bu qədər sifarişə sizin pulunuz çatmayacaq. O zamanlar mənə bir çox məktəblər də köməklik edirdi.Belə ki, o məktəblərə ayrılanpulları mənim məktəbimin təmirinə yönəldirdilər. Hətta mən öz əmək haqqımı da təmir üçün xərcləyirdim.Mənim rəhbərlik edəcəyim peşə məktəbinə450 şagird qəbul olunmalı idi. Amma təbliğat işini elə səmərəli qurduqki, 450-dən çox şagird gəldi. Sentiyabrayının 1-də artıq məktəb tam təmir edilmişdi. Heç kəs inanmırdı ki, qısazamanda və az bir maliyyə ilə məktəb binası bu qədər keyfiyyətli şəkildə təmiredilib. Məktəbin təmirdən sonrakı vəziyyətini görənlər arasında direktor olmaqiddiası ilə çıxış edənlərin sayı artdı. Halbuki əvvəl hec kəs bu işə razılıqverməmişdi. Şikayət ərizələri yazır,rayon və respublika rəhbərliyinə anonim məktublar gəndərirdilər. Çox çətin, ağır günlərim olurdu. Lakin heç kimə şikayətetmir, özüm problemlərin öhdəsindən gəlməyə çalışırdım. Hər il məktəbimizdəcari təmir işləri aparılırdı. 2000-ci ildə "İlin ən yaxşı Peşə məktəbi"adına layiq görüldük. Sonrakı illər də həmişəbizim məktəbin göstəriciləri yüksək olurdu.Respublika Peşə Təhsil İdarəsinin rəhbəri Zülfüqar Abdullayev məni həmişəbaşqalarına nümunə göstərirdi. Digər məktəblərdə görüşlər keçirən zaman deyirdiki, bu balaca məsciddə yerləşən 13 nömrəli Bakı Peşə məktəbi göstəriciləri ilə sizdən yüksəkdədir. Həqiqətəndə gələn gündən hamıya nümunə olmuşdum.



-Peşə məktəbi hansı ixtisaslar üzrə fəaliyyətgöstərirdi?

- Bizim məktəb əsasən xalçaçılıqlatanınmışdı. O vaxt ulu öndər Heydər ƏliyevinLətif Kərimovla görüşü olmuşdu. Xalçaçılığın inkişafı ilə əlaqədar söhbətləraparmışdılar. Həmin il Plenimun qərarıilə bu iİncəsənət növünün inkişafı ilə əlaqədar, əsasən, qədim xalçalar üzrə şəhər peşə məktəbləri arasında təkcə bizim məktəbə bu sahəni seçmək hüququverilmişdi. Həmin il var gücümüzüxalçaçılığın inkişafına həsr etdik. Bir çox peşəkar sənətkarlar yetişdirdik. Əsilsənət nümunələri olan keyfiyyətli xalçalar toxunurdu. Bir çox sərgilərdə iştirakedirdik. Sərgilərdə işlərimiz həmişə bəyənilirdi. Məndə də xalçaçılığa böyükmaraq və sevgi yaranmışdı. Bizə ilhamverən, həvəsimizi artıran məqamlardanbiri, Lətif Kərimovun Azərbaycan xalçaları haqda dediyi hikmətamiz sözlər, bizdə açılan bu ixtisasa getdikcə artan maraqvə Lətif Kərimovun məktəbimizdə sıx əməkdaşılıq etməsi, bu sahəüzrə verdiyi dəyərli məsləhətlər idi. Məhzonun məsləhəti və xeyir-diası ilə xalçaçılıq sənətinin nəzəri və praktik bölmələrinişərh edən bu kitabları yazdım.

Məktəbimizdə xalçaçılıq bölməsindən başqa həm də dərzilik, bərbər, kompüter, aşpaz,tikişçı və tikiş avadanlığı üzrə əsasən 4 ixtisas fənni fəaliyyət göstərir. Buixtisaslara da şagirdlər böyük maraq göstərirlər. Peşə məktəbinin əsas mənəvi dəyərlərindənbiri də çox zaman çətin tərbiyə olunanuşaqların peşə öyrənməyə cəlb edilməsidir. Onlara sənət öyrətməklə bərabər, mütəmadi olaraq tərbiyəvi mövzuda tədbirlər,seminarlar keçirirdik.

-Sirr deyil ki, peşə məktəblərinəo zamanlar əsasən dərs oxumayan, çətin tərbiyə olunan uşaqlar daha çox sənədverirdi. Bu çətinliyin öhdəsindən necə gəlirdiniz?



- Bəli, belə uşaqalr da bizdə az deyildi. Şagirdlərləilk növbədə, fərdi məşğul olurduq. Bəzən ailəsində də problemlər yaşayanlar olurdu.Keçirdiyimiz tədbirlərə valideynləri, Polis bölməsindən əməkdaşları dəvət edirdik. Narkomaniyaya qarşı mübarizəilə bağlı polis rəisi Əli müəllim maraqlı çıxışlar edirdi. Atılan bu addımlar təbii ki, şagirdləri pis əməllərdən çəkindirirdi.Bundan əlavə, sənət bayramı, festifallartəşkil edirdik. Bərbər, aşbaz, dərzi sənətinəyiyələnən şagirdlərimiz öz istedadlarını nümayiş etdirirdilər. Bu tədbirlərdəxalçaçılıq ixtisası öyrənənlər də faəl iştirak edirdilər. Nüəllimlər və şagirdlər , o cümlədən,valideynlər bu bayramı səbirsizliklə gözləyirdilər.

-Bakının bu kəndlərində dini və mental dəyərlərhəmişə öndə olub. Bu amillər fəaliyyətinə əngəl yaradırdımı?

-Belə hallar olurdu. O vaxt məktəb yeniaçılanda qəsəbənin kişi sakinləri , o cümlədəndə mollalar üstümüzə hücum çəkmişdilərki, biz buranı məscid eliyəcəyik, çıxın burdan! Onlar öz tələblərində bunu əsasgətirirdilər ki, əvvəllər bura məscidolub. Biz onları dəvət edib yiğıncaq keçirdik və onlara dedik ki,burda sizin uşaqlarınıza sənət öyrədəcəyik. Bu məktəb bağlansa sizinuşaqların sənəti olmayacaq . Bizövladlarınızın gələcəyini təmin edirik, onları pis əməllərdən çəkindiririk. MəhəmmədPeyğəmbər demişdir ki, bir saat elmlə məşğul olmaq 60 ilin ibadətindənüstündür. Müxtəlif peşələr öyrədirik. OnlaraOğlanlar pis vərdişlərə tez yiyələndikləri üçün biz onları yay tətilində işlə də təminedirdik. Qəsəbə camaatı bizimlə razılaşdı və bir daha bizi narahat etmədi.Nardaranda da bizim bölmə fəaliyyət göstərir,orda da xalçaçılıq, çilingər, dərzilik ixtisasları var. Hamı bilirki, bu qəsəbələrlə işləmək məlum səbəblərdənnə qədər çətindir.

Səidə xanıma yeni yaradıcılıq uğurları və təhsilə böyük töhvələr vermək kimi vacib fəaliyyətlərarzu edirik. Ümid edirik ki, onun zəngin iş təcrübəsi və tükənməz elmi potensialından yararlanmaq istəyənlərin sayı çox olacaq. Bu addım gənc nəslin inkişafına mühüm töhvə olardı.

H. Əlizadə